Qədim bir kitabda verilmiş xəbər-
İranda bir Həkim varmış mötəvər.
Ümidi yox ikən onun sabaha,
Belə bir sifariş göndərdi Şaha:
"Onun üzüyünü böyük hökmdar,
Ən müdrik Adama versin yadigar".
Şah bu vəsiyyəti icra edərkən
Ehtiyyat edirdi Divanələrdən.
Çünki hər Dövlətli, Kasıb, hər gəda
Özünü ən müdrik bilir Dünyada.
Nəhayət, hamını çağırtdırdı Şah,
Onları mətləbdən eylədi agah.
Dedi: Üç suala istərəm cavab,
Kim daha düz desə, olsun untixab.
Əvvəl - ən xeyirli nədir müxtəsər?
Tamahkar olanlar dedilər ki, zər.
Vergi toplayanlar dedilər: Xərac!
Tacirlər dedilər ki, alver və rəvac!
Şah dedi: Uzaqdır bunlar mətləbdən
Orada bir Qoca durmuşdu, həmən.
Söylədi: Hər şeydən xeyirli - hünər!
Hünərsiz heç bir şey olmaz müyəssər.
Şah qəbul eylədi, soruşdu yenə:
Dünyada hər şeydən yaxşı, deyin nə?
Yüksəldi müxtəlif səslər saraydan:
Şahın razılığı... Şadlıq, firavan.
Yenə də O, Qoca dedi bu sözü:
Hər şeydən yaxşıdır, yaxşılıq özü.
Çünki yaxşı sifət olarsa səndə,
Afərin söyləyər Dost da, düşmən də.
Şah dedi: Ən lazım nədir insana?
Yenə də O, fikir çıxdı meydana.
Şah isə Qocaya edirdi diqqət,
Dedi: Ən lazımlı şeydir - Həqiqət.
Həqiqət olmasa, olmaz intizam,
Dünya həqiqətlə dolanır müdam.
Şah qalxıb Qocaya eylədi təzim,
Üzüyü hörmətlə eylədi təqdim.
Əmr etdi saraydan getməsin bir an,
Ki, alsın hər işdə məsləhət ondan.
Nəhayət, oldu O, Şahın vəziri,
Ölkəni düzəltdi onun tədbiri.
Nə yaxşı olardı hər Ölkədə, ah,
Olaydı belə bir vəzir ilə Şah.
Ey Qüdsi, hikmətdən varsa xəbərin,
Yaxşl Adamlarda olsun nəzərin. ...
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев