Предыдущая публикация
Dedim, qoy xoş günlər yaşadım sənə..
Nə sirdaş olmadın, nə də yar mənə,
Nə dost ola bildik, nə də sevgili...
Əlindən tutmaq da mənə bəs idi,
Sevməyib, bilmədin sevgi qədrini..
Sevmək sənin için bir həvəs idi,
Nə dost ola bildik, nə də sevgili...
Məhəbbət nədirmi, heç bilirsənmi?
Əzab çəkirsənmi, heç ölürsənmi?
Axır ki, ayrıldıq bax, görürsənmi?
Nə dost ola bildik, nə də sevgili...
İndi yad əllərdə məskən salmışıq,
Xəbərsiz, ötərsiz, səssiz qalmışıq,
Sanki bir-birimizi tanımamışıq,
Nə dost ola bildik, nə də sevgili...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1