Teala atasız
Yoxdu beş günlük olan ömürdə
məna atasız
Necə izah eliyim mən bu dərin
dəryanı
Çünki yazmaqa qurtarmaz bu
böyük mənanı
Neçə dost ilə qohumla sürəsən
dünyanı
Ata yoxdursa demək boşdu bu
dünya atasız
Sevsə hər kim atanın saxlasa
gel hörmətini
Allah ol kəsdən uzaq saxlamaz
öz rəhmətini
Atanın qədrini bil vurma yerə
zəhmətini
Çox çətindir eləmək bir işi bərpa
atasız
Bir kəsinki ola var dövləti cahu-
celalı
Xalq arasında şanı,şöhrəti əqli-
kamalı
Ola qardaş bacısı dostları əhli-
əyalı
Yenə hiss eylər özün dəhridə
tənha atasız
Tanri xəlq eyləyib insanı
gətirdikdə cana
Bəxş edər valideyin vasitəsiylə
cahana
Nə qədər dahi müqəddəs böyük
ad olsa ANA
Gələ bilməz həyata bir uşaq
əsla atasız
Bir nəfər vardı Məsiha deyim
ondan yeridir
Qeybidən xəlq olub qeybə
çəkilmiş diridir
Buda Pərvərdigarın
möcüzəsindən biridir
Ki bu dünyaya gəlib Həzrəti İsa
atasız
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1