Boşanmaya gətirib-
çıxaran səbəblərdən biri
də qızların bəzən valideyn
razılığı olmadan ərə
getmələridir. Yuxarıda qeyd edildiyi kimi, qızın
razılığı olmadan onu ərə vermək olmaz. Amma
qız da bu məsələdə tam sərbəst deyil. İslam
şəriətinə görə, qızın kəbini yalnız atasının və ya
babasının razılığı ilə etibarlı sayıla bilər. Yalnız dul
qadın heç kimdən icazə almadan öz taleyini həll
etmək səlahiyyətinə malikdir.
Şəriətin bu tədbiri qızları düşünülməmiş addım
atmaqdan çəkindirmək üçün ən gözəl yoldur.
Həyat təcrübəsi və yaşı az olan, asanlıqla aldana
bilən qızlar bəzən onlara eşq elan edən ilk
kimsəyə uyaraq, ev-eşiyini atır və həmin adama
ərə gedirlər. Halbuki, belə bir addımı atmazdan
əvvəl böyük həyat təcrübəsi olan ata-anadan
məsləhət almaq çox yerinə düşərdi. Nəticədə, bir
çox hallarda qız tezliklə aldandığını başa düşür.
Bu zaman başqa bir problem ortaya şıxır. Qız bu
addımı özbaşına atdığı üçün ata-anasının yanına
qayıtmağa qorxur. Ona görə də, ya bu
xoşagəlməz evliliyi davam etdirməyə məcbur olur,
ya da boşanaraq acı məhrumiyyətlər içində tək
qalır. Amma bu bədbəxtliyin qarşısını vaxtında
almaq olardı. Ailə qurarkən yaxşı düşünsəydi,
həm şəriətin, həm milli adət-ənənənin, həm də
məntiqin buyurduğu kimi valideyn xeyir-duasını
alsaydı, bu cür acı nəticə ilə üzləşmə ehtimalı da
az ola bilərdi.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев