dinlə tanış edin. Bizə deyiləndə ki, qız övladınızı 7
yaşından hicaba alışdırın narazı qalırıq. Onun rəqs
etməsi, mahnı oxuması bizə ləzzət verir.
Düşünmürük ki, belə tərbiyə onun mənəviyyatını
zülmətə çəkir. Ana dilini bilməyən üç yaşlı uşağa
ingilis dili öyrətmək, yeriyə bilməyəni üzdürmək
istəyirik. Düşünmürük ki, bütün bunlardan qabaq
düzgün dini tərbiyəyə ehtiyac var.
İslam göstəriş verir ki, övladlarınızın cinsi istəyi
özünü göstərəndə onların ailə qurmasına çalışın.
Bizimsə sözümüz budur ki, övladım uşaqdır, onun
ailə qurması zülmdür. Hansı ki övlad cinsi
yetkinliyə çatdıqdan sonra izdivac etmədikdə
pərdə arxasında filmlər, fotolar və başqa yollarla
öz istəklərini təmin etmək istəyir.
Qızların vaxtında ailə qurması daha mühümdür.
Çünki qızlar daha erkən yaşda büluğ həddinə
çatır. Əgər fiziki və psixoloji baxımdan ailə
qurmağa hazırlıq varsa bunu yubatmaq olmaz. 18
yaşlı qız haqqında "hələ uşaqdır" deyirlər. Bu gün
bu yaşda ailə qurmamış qızların fürsət yarandıqda
oğlan-dostla əlaqə qurmasına şahid oluruq.
Bəziləri qızın təhsilini onun ailə qurmasından
mühüm sayır. Hansı ki təhsil ardınca gedən qız
azı 24 yaşına qədər subay qalır. Aydın məsələdir
ki, insan ruhunun aramlığında cinsi istəyin təmini
təhsildən daha mühümdür. İslam gənclərin
izdivacı üçün çətinlik yaratmamağı tapşırır.
İslamda ailə mehr-məhəbbət üzərində qurulur.
Ağır mehriyyə, bahalı cehiz, çox xərc aparan toy
mərasimləri İslamda bəyənilmir. Təəssüf ki,
cəmiyyətimizdə izdivac üçün cəvahirat, mebel
dəstləri, mətbəxt dəstləri və bu qəbildən böyük
xərclər aparan tələblər gənclərə mane olur. Artıq
cehizdə meyvə suyu çəkən xarici markalı
maşınlar, musiqi alətləri də yer alıb.
İslam deyir ki, ailənin sağlam olması üçün
gənclərin sağlam olması bəs edər. Əgər oğlan və
qızın imanı, əxlaqı qənaətbəxşdirsə artıq ailə
qurmaq yolunda problem yoxdur. Bizsə bunu
qəbul etmirik. Düşünürk ki, ailə qurmaq üçün
məsələn şəxsi ev olması zəruridir. Oğlanın sabit
iş yeri olmalıdır, guya belə olmasa ailə qurmaq
olmaz. Təbii ki, ailə quran gənclər bir evdə
yerləşməlidir. İslam demir ki, gənclər parkda
yaşamalıdır. Amma bu evin şəxsi olması zəruri
deyil. Bu gün dünyanın əksər ölkələrində insanlar
icarəyə yaşayır. Əgər gənc ailədə tələbkarlıq
olmasa kiçik bir məbləğlə ailə həyatına başlamaq
olar. Bundan ötrü daimi iş yeri və böyük
məbləğdə maaş vacib deyil.
İzdivaca mane olan əsas problemlərdən biri ailə
qurmazdan qabaq cinsi tərbiyədə yaranan
büdrəmələrdir. Gənc oğlan və qız üçün toy günü
sehirli bir dünyaya açılan qapı kimi olmalıdır. Əgər
gənclər ailə qurana qədər istənilən bir formada
cinsi ehtiyacın təmininə gedibsə bu addım ailə
sütunlarının möhkəmliyinə mane olur. Qırx dərəcə
istidə, kartof-soğan almaq üçün evdən çıxan
gəncin görkəmi və libasına baxanda çox suallar
yaranır. Bilmək olmur ki, bu gənc bazarlığa gedir,
yoxsa zifaf otağındadır. Açıq-saçıq, dar və nazik
geyimlər həya pərdəsini yırtır, artıq bir cins üçün
müxalif cinsə aid maraqlı nəsə qalmır. Xarici
filmlərə baxır və bu filmlərdən əxlaqa zidd geyim
modları götürür, əxlaqdan uzaq həyat tərzinə
maraqlanırlar. Bu gün müsəlman ölkələrində Pris
və Londonda görünməyən makiyajlar görmək olar.
Bir zaman qəhrəmanlığı vətən və qeyrət yolunda
vuruşmaqda görən gənclər bu gün zahiri görkəmi
ilə tanınmağa çalışır. Oğlanlar geyiminə görə bir
növ qızları xatırlatmağa başlayıb.....
SON ...
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев