Yaltaqlar dəstəsi baş alıb gedir,
Qeyrət yavaş-yavaş boşalıb gedir,
Məktəbli qızlar da qaş alıb gedir,
Ərli də, ərsiz də bir həvəsdədir.
Bakının dərdi var, Bakı xəstədir.
Baba Pünhan
Zirvələrdə qartallar da tapılar, ilanlar da. Ancaq biri oraya süzülərək, digəri isə sürünərək gəlmişdir. Əhəmiyyətli olan hara gəlmiş olduğunuzdan çox, haradan və necə gəldiyinizdir.