Bu gün məhəbbətdən gileyliyəm, mən.
Məhəbbət uşaq tək, oynadıb məni.
Şirin yuxulara aldanmışam, mən.
Ayıldım, tərk edib, həqiqət məni.
Bu gün məhəbbətdən gileyliyəm, mən.
Məhəbbət çıxıbdır, mənim sözümdən.
Özgəni, özgənin, doğması edən,
Özümü salıbdır, bax, öz gözümdən.
Bu gün məhəbbətdən gileyliyəm, mən.
Məhəbbət kor etdi, mənim gözümü.
Məni yad bilənin, xəyalın gördüm.
Doğmaykən görmədi, gözüm özümü.
Bu gün məhəbbətdən gileyliyəm, mən.
Məhəbbət səhv qəlbin, ünvanın seçib.
O qəlbin qapısın, eşqlə döyən mən,
Məni bir özgənin, qurbanı edib.
Bu gün məhəbbətdən gileyliyəm, mən.
Məhəbbət hissimlə oynayıb mənim.
Xoş günü qoparıb, qısa ömürdən,
Sarıb həyatımı, kədərim, qəmim
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев