Coğrafiya haqqında məlumat:
Dünyanın müasir xəritəsi
1689-ci il tarixli dünya xəritəsi
Yer kürəsinin Ptolomey tərəfindən çəkilmiş xəritəsi
Coğrafiya (yunan. γεωγραφία, yerin təsviri, γεια — Yer, torpaq və γραφειν — yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəkilindəki birliyi. Coğrafiya elmləri sisteminə təbiət və ya fiziki coğrafiya (ümumi fiziki coğrafiya, geomorfologiya, paleocoğrafiya, iqlimşünaslıq, hidrologiya, torpaq coğrafiyası, siyasi coğrafiya), həmçinin tədqiqat üsullarına görə texniki elmlərə aid edilən kartoqrafiya da daxildir. Coğrafiyaya ölkəşünaslıq və digər elmlərin materialları ilə yanaşı, coğrafiya və kartoqrafik məlumatlardan istifadə edən tibbi coğrafiya və hərbi coğrafiya da aiddir.[1]
[redaktə]
Tarixi
İlk coğrafiyaçılar səyyah və dənizçilər hesab edilir. Coğrafiya terminini ilk dəfə Eratosfen (b.e.ə. 276-194-cu illər) işlətmişdir. Strabon (b.e.ə. 64/63- eramızın 23/24-cü illəri) 17 cildlik “Coğrafiya” kitabı yazmışdır. O, bu kitabın 11 cildində Qafqaz və Azərbaycan haqqında məlumatlar vermişdir. Eratosfen həm də ilk coğrafiya xəritəsinin müəllifidir. İkinci və daha mükəmməl xəritənin müəllifi Klavdi Ptolomeydir.
Eratosfen və Ptolomeyin xəritələrində oxşarlıq odur ki, onların hər ikisində eyni quru ərazilər -Yeni və Köhnə Dünya – Cənubi Avropa, Ön Asiya və Şimali Afrika təsvir olunmuşdur. Fərqli cəhət odur ki, Eratosfenin xəritəsindən fərqli olaraq Ptolomeyin xəritəsində meridian və paralellər çəkilmiş, yerin kürəviliyi nəzərə alınmışdır. XV əsrə qədər Ptolomeyin xəritəsindən istifadə olunmuşdur.Ptolomeyin xəritəsində dünyanın bir necə ölkələrdən ibarət olduğu görünür.
Müasir coğrafiya elmi üç əsas sahədən ibarətdir: 1.Yer kürəsi səthinin təbiətini,burada baş verən proses və hadisələrin səbəb və inkişafını öyrənən elmə fiziki coğrafiya deyilir.Yunanca “fizis” təbiət deməkdir,coğrafiya isə yeri təsvir edir.Fiziki coğrafiyanın ən mühüm vəzifəsi isə coğrafi proqnozdur.
2.Əhali və onun sexdə göstərdiyi fəaliyyətini öyrənən elmə seksologiya coğrafiya deyilir.
3.Kartoqrafiya coğrafiya xəritələri,onların yaranma metodları və istifadəsi haqqında elmdir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев