2/186 Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.
57/4 Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür.
40/60 Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.
Biz harda oluruqsa Allah bizimlədirsə,bizə yaxındırsa nədən Allahı Ərəbi istiqamətində axtarırıq? Allahı görmədən yanımızda olduğunu heç bir zaman unutmamalıyıq. Allaha hansısa bir səmt verməliyik?
2/115 Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah Əhatəedəndir, Biləndir.
7/29 De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha – dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz”.
Məgər Allah Ərəbistandadırmı ki üzümüzü ora tutaq??
Məgər Allah Ərəbcə başa düşür ki biz Allaha ibadəti ərəbcə edirik?
58/7 Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir.
55/29 Göylərdə və yerdə olan hər kəs Ondan diləyir. O hər gün bir işdədir.
Allah bizim yanımızdadır. Allahı yanımızda görməliyik. ALlah la məkandır hər yerdədir
2/255 Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.
22/18 Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi? Onların əksəriyyəti isə əzab çəkməyə layiq olanlardır. Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz. Həqiqətən, Allah istədiyini edər.
Göydə yerdə nə varsa Allaha səcdə edirlər onlar Ərəbcə səcdə edirlərmi? Əksinə hər birinin öz dili var o dildə səcdə edirlər yəni Allaha qulluq edirlər Allahın bütün əmrlərinə tabe olurlar bir insanların əksəriyyəti təkəbbürlüdür.
8/22 Şübhəsiz ki, Allah dərga-hında canlıların ən pisi haqqıanlamayan karlar və lallardır.23 Əgər Allah onlarda bir xeyir olduğunu bilsəydi, əlbəttə, onlara eşitdirərdi. Əgər onlara eşitdirsəydi belə, yenə də üz çevirərək dönərdilər.24 Ey iman gətirənlər! sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır və siz Onun hüzuruna toplanılacaqsınız.
Həmd Allah Üçündür Rəbbidir Aləmlərin!
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев