Yenə gəldik, yenədə,
Bu şəhərdə üz-üzə.
Od qaladın sinədə,
Göz baxdıqca göz-gözə.
Inciyirəm, küsürəm,
Bu ümüdsüz səhərdən.
Heç bilmirəm neyləyim,
Mən gedimmi şəhərdən?!
Yanındayam, uzaqsan,
Əlim çatmır əlinə.
Mən toxuna bilmirəm,
Sevgimizin gülünə.
Yandırdıqca yanıram,
Bu sevdanın yolunda.
Dərd yarası olmusan,
Ürəyimin solunda.
Hisslər gözlə görünmür,
Tutam bağlayam onu.
Harda bitib bilinmir,
Kəsəm doğruyam onu.
Baxıram hər yanımda,
Eşq tonqalı çatmısan.
Bu alovdan məsd olub,
Öz kefində yatmısan.
Uzat tutum əlindən,
Qoy sevgimiz bir olsun.
And yerinə çevrilək,
Saf duygular pir olsun.
Nə tez belə unutdun,
Gül dərdiyin çəməni.
Necə atım, unudum,
Ay insafsız de səni?!
Söylə necə edim ki,
Yollarımız ayrılsın.
Ürək daşdan deyil ki,
Yerə vurum dağılsın.
Ey döngələr, küçələr,
Siz söyləyin yarıma.
Gəlib birdə çıxmasın,
Bu talesiz yoluma.
Küskün dözmür, əriyir
Baxışların odundan.
Gözəl, məni unut sən,
Çıxartginən yadından.
TARİYEL Celil
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев