keçməyənə qədər onlar cənnətə daxil olmazlar» (əl-
Əraf, 40) ayəsini oxuyub dedi: «İzzət və Cəlalət sahibi
Allah buyurur: «Onun məktubunu yerə, dar bir məhbəsə
göndərin!» Onun ruhunu yerə atırlar. Bu ayəni də
oxudu: «Allaha şərik qoşan göydən düşən, quşun
dimdiyinə alıb apardığı və küləyin havaya sovurub
uzaq bir yerdə atdığı bir şey kimidir»(əl-Həcc, 31).
Onun ruhu bədənə qayıdır. İki mələk gəlib sorğu-suala
başlayır.
Deyirlər: «Rəbbin kimdir?» Deyir: «Bilmirəm».
Deyirlər: «Dinin hansıdır?» Deyir: «Din seçmədim».
Deyirlər: «Peyğəmbərin kimdir?» Deyir: «Heç
eşitmədim».
Həmin an səmadan çağırış səsi gəlir: «O yalan deyir.
Onu oda atın. Cəhənnəm qapısını onun üzünə açın!»
Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri
daralır, bu adamın qabırğaları yapışır (bir-birinə keçir).
Çirkin sifətli, kirli paltar geymiş, bədənindən pis iy gələn
bir adam gəlib deyir: «Sənə pislik gətirənin müjdəsini
ver. Sənə vəd edilmiş gündür bu gün». Deyir: «Sən
kimsən? Sənin sifətin çox çirkindir, ondan şər yağır».
Bu adam deyir: «Mən sənin pis əməlinəm».
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев