Ondan ayrılmağımdan 2 il keçirdi. Amma mən buna ayrılıq deyə bilmirdim. Onu çox sevirdim, oda məni mən onu sevdiyim qədər sevirdi. Bizi lənət olası pul, var dövlət ayırdı. O çox imkanlı idi mən isə kasıb. Bucur söz-söhbətlər və ailələr bizim bir yerdə olmağımıza əngəl oldu. O vaxtdan hər sabahımı onsuz açmağa başladım.
Bir gün bərk xəstələndim, xəstəxanaya düşdüm, həkimlər problemin ürəyimdə olduğunu dedilər. Operatsiya olmalı idim əks təqdirdə yaşamaq şansım yox idi. Amma operatsiya üçün lazım olan başqa bir ürək yox idi, kim ürəyini mənə fəda edə bilərdi ki. Ümidsizlik içində yatağımda son günlərimi yaşayırdım.
Amma bu son günlər mənim üçün şirin günlər kimi keçirdi. Çünki hər anımı onu düşünməklə keçirdirdim. Bütün gün düşünürdüm, görəsən o hardadır, indi nə edir, kminlədir, onu incitmirlərki. Sanki ürək xəstəsi deyiləm sevgi xəstəsiyəm, sanki problem ürəyimdə yox ruhumdadır, sanki məni incidən ürəyim deyildi, sevgilimdən ayrı qalan günlərimdir. Onu son dəfə görmək istəyirdim. Son dəfə onu opub, ona gülümsəyib, onu sevdiyimi deyib gözlərimi yummaq istəyirdim.
Birgün həkim içəri girdi və mənim üçün ürəyin tapıldığını söylədi. Operatsiya olundum. Əməliyyat uğurlu keçdi.
Yenidən gözlərimi açanda ilk onu axtardım amma o yox idi yanımda. Sanki bu dünyaya onu yenidən görmək üçün qayıtmışdım. Qəribə hal baş verirdi dünyanı artıq başqa cür sevirdim, sanki dünyada məni sevirdi. Hər gecə yuxuda onu görürdüm, anidən ayılırdım, onun yanımda olduğunu hiss edirdim, amma onu yanımda görə bilmirdim. Bu cür hisslər, bu cür ürək ağrıntıları məni hər gecə yatmağa qoymurdu.
Həkimə dedim. Həkim ürək operatsiyasının çətin əməliyyat olduğunu və bunun bir müddət davam edəcəyini söylədi. Daha sonra həkim mənə bir məktub verdi. Bu məktubun mən xəstə yatarkən ona verildiyini və operatsiyadan sonra mənə verilməsi söylənilmişdi.
Məktubda onun qoxusu var idi, bu onun yazısı idi. Həsrətlə, illərlə gözlədiyim insanın məktubu idi. Məktubu açdım və əllərim titrəyərək bu kəlimələri oxudum:
Yenidən dünyaya xoş gəldin sevgilim. Səndən ayrıldıqdan sonra bu ürəyə 2 sevginin sığışa bilməyəcəyini bildiyim üçün heç kimi sevmədim. Sənsiz keçən hər günüm səni dahada xatırladırdı mənə.
Sənə kitabları dolduracaq qədər şeirlər yazdım. Hər biri digərindən daha qəmli. Yazdım, Oxudum, Ağladım. Hər gün yazdım, hər gün oxudum, amma illərcə ağladım. Hər gecə səni düşündüm səhərə qədər, hər gecə yanında olmaq istədim. Hər gecə sənsizliyə lənət elədim, yuxunu özümə haram elədim. Sənsiz qalmağın acısı mənə əzab verirdi. Bu gün səninla bir-birimizi sevməyimizin 3-cü ilidir. Səni sevirəm həyatım. Həmişə mən sənin yanına gəlmək istəmişəm, bir dəfə də sənin gəlməyini istəyirəm.
Hə bu arada sənə hər dəfə danışdığım o ürəyimə yaxşı bax. Olarmi? Çünkü göz yaşlarımla adını yazdım ona ... Səni səndən çox sevən bir qəlbim var içində. İçində daşıdığın o ürək içi tamamilə sənə olan sevgim ilə dolu olan mənim ürəyimdir. UNUTMA!!! Seni çox sevirəm və yanıma gəlincəyə qədərdə sevəcəyəm
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1
Gənc qız isə xəstəxana otağında, getdikcə heyat çiçəyi solurdu... Yenə bu dörd divar arasında tək-tənha, gözü yaşlı, boynu bükük, ölümünü gözləyirdi... Gözlərini yummaqdan, bu kiçik otaqda yalnız, göz yaşı tökməkdən yorulmuşdu...
Yenə də, əngəl ola bilmədi bulaq kimi çağlayan gözlərinə. Sevgilisi düşdü yadina, kasıb amma onu ölüncə sevə biləcək sevgilisi...
Hər gün eyni şeyləri fikirləşib, xatirələri bir film kimi, gözləri önündə canlandırırdı. <<Pulum yoxdur, amma sənə verə biləcəyim, bir tək qəlbim var>> deyirdi, sevdiyi oğlan. Gənc qız da başqa bir şey istəmirdi...Sevgiyə möhtac olan biri, sevdiyinin sevgisindən başqa, nə istəyə bilərdi ki?...ЕщёGənc bir qız ağır, sağalmaz xəstəliyin pəncəsində son günlərini yaşayırdı...Yaralı qəlbi artıq bu dünyada dözə bilmirdi...Qızın həddən artıq varlı olan ailəsi bütün qəzetlərdə qızın qəlbini sağaldacaq adamı tapmaq üçün elan vermişdi. Qızı üçün canını qurban verə biləcək birini axtarırdılar. Çünki qızın ürəyini dəyişmək lazım idi...
Gənc qız isə xəstəxana otağında, getdikcə heyat çiçəyi solurdu... Yenə bu dörd divar arasında tək-tənha, gözü yaşlı, boynu bükük, ölümünü gözləyirdi... Gözlərini yummaqdan, bu kiçik otaqda yalnız, göz yaşı tökməkdən yorulmuşdu...
Yenə də, əngəl ola bilmədi bulaq kimi çağlayan gözlərinə. Sevgilisi düşdü yadina, kasıb amma onu ölüncə sevə biləcək sevgilisi...
Hər gün eyni şeyləri fikirləşib, xatirələri bir film kimi, gözləri önündə canlandırırdı. <<Pulum yoxdur, amma sənə verə biləcəyim, bir tək qəlbim var>> deyirdi, sevdiyi oğlan. Gənc qız da başqa bir şey istəmirdi...Sevgiyə möhtac olan biri, sevdiyinin sevgisindən başqa, nə istəyə bilərdi ki?
Amma qismət olmamışdı... Dünyalar qədər biri-birilərini sevən sevgililərin arasına, pul, var-dövlət girib, onları ayıra bilmişdi... Amma indi var-dövlətin keçmədiyi bir vaxt gəlmişdi. Bu son günlərdə sevdiyi oğlan yanında olsaydı, heç bu qədər əzab çəkib, ağlamazdı...
Ayrıldıqları gündən artıq 5 il vaxt ötmüşdü. Amma hər gün həsrət çəkmiş, ürəyini heç kimlə bölmək istəməmişdi. Elə həmişə sevdiyini fikirləşirdi.. Görəsən nələr etmişdi, bu illər ərzində sevdiyi oğlan? Kim bilir, bəlkə də evlənmişdir.. Gözlərindən bir damla yaş daha damladı, qurumuş dodaqlarına... Əllərinə baxdı... Bir zamanlar sevgilisi, onun əllərini tutub, ovcunda sıxardı... Hər gün əllərini sevdiyinin ovcunda düşünüb, saatlarla əllərinə baxardı..
Ən çox, saçlarının tökülməyi ona əzab verir, ağladırdı... Çünki, bir zamanlar o saçları sevdiyi oğlan tumarlayıb, öpmüşdü... Hər gün gözlərindən bir damla yaş axanda, qəlbinə sanki bir ox batırdı