Предыдущая публикация
Düşmən nədir? Dost evini dost yıxar, Bilən bilir dünya necə dünyadı... Ömrə, günə etibar yox əzəldən, Bir də dönüb yarpaq olmaz xəzəldən, Beşiyindən bizə tabut düzəldən Bələyindən kəfən tikən dünyadı. Kim nə anlar bu zalımın işindən, Çoxlarını keçiribdi dişindən, Möhkəm yapış papağından, başından, Başdan papaq alıb qaçan dünyadı...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев