Tərkibi: sink laktat, toyuq yumurtası zülalının tozu, qlükoza. Hər kapsulda 1mq sink var.
Sink mazından 5000 il bundan əvvəl istifadə edilməsinə baxmayaraq, sinkin bioloji rolu təxminən 19-cu əsrin sonunda müəyyənləşdirilmişdir.
Sink bizim orqanizmdəki bütün hüceyrələrin sağlam fəaliyyəti üçün vacibdir. Sink defisiti bir sıra ciddi xəstəliklərin inkişafında vacib rol oynayır: immun sisteminin zəifləməsi, qanda şəkərin disbalansı, şəkərli diabet, prostat vəzinin adenoması, katarakta, beyin və sinir sisteminin zədələnmələri, pis həzm, xora, qida allergiyaları, toksinlərin orqanizmdə yığılması, yaraların gec sağalması, osteoporoz, dəri xəstəlikləri, xroniki yorğunluq, iştahın itməsi, eşitmə qabiliyyətinin pozulması, epilepsiya, hətta şizofreniya və digər psixi pozuntular.
Sink qıtlığı ilk dəfə 1961-ci ildə İranın cavan kişilərində aşkar edilmişdir. Həmin kişilərdə başın ölçüsünün böyüməsi, boyun balacalığı, seksual qabiliyyətin aşağı düşməsi, sonsuzluğun inkişafı müşahidə olunmuşdur.
İnsan orqanizmində sink daha çox yumurtalıqda, yumurtalıq artımlarında, prostat vəzidə və spermanın tərkibində toplanmışdır. Sink defisiti zamanı yaranan sonsuzluq, cinsi yetişmə proseslərində lənglik və seksual qabiliyyətin aşağı düşməsi bununla izah edilir. Şoxlu miqdarda sink göz toxumalarında, xüsusən də gözün torlu qişasında, dəridə, saçlarda, skeletdə, dırnaqlarda, qara ciyərdə, böyrəklərdə, mədəaltı vəzidə, əzələlərdə və digər daxili orqanlarda olur. Sağlam insan orqanizmində sinkin miqdarı 0,003%-ə (1,4-2,3q) çatır. Qidada sinkin mənbəyi ilk növbədə ilbizlər, krevetlər, siyənək, skumbriya, qaraciyər, balqabaq toxumları, günəbaxan və göbələklərdir.
Sinkə sutkalıq təlabat orta hesabla 10-20 mq-dır. Hamilələr üçün 30 mq-a qədər, körpələr üçün 3,5 mq, uşaqlar üçün 10 mq, yeniyetmələr üçün 15 mq.
Məhsulun əsas xüsusiyyətləri:
- Sink bizim orqanizmdə 200-dən çox fermentin aktivləşməsində, nuklein turşularının (DNT, RNT), zülalların sintezində, hüceyrələrin bölünməsində, inkişaf və regerenasiya proseslərində iştirak edir.
- Hormonların (o cümlədən cinsi) sintezində mühüm rol oynayır.
- Sink cinsiyyət orqanlarının normal fəaliyyət göstərməsi və seksual qabiliyyətin lazımi səviyyədə saxlanması üçün vacibdir.
- Sink dərinin və damarların elastikliyini təmin edən kollagen liflərin yaranmasında iştirak edir.
- Skeletin formalaşması və normal fəaliyyət göstərməsi üçün orqanizmə daim normal miqdarda sink daxil olmalıdır.
- Sink görmə qabiliyyətinin saxlanması və yaxşılaşdırılması üçün mühüm maddədir. İnsan gözündə 21mq-a yaxın sink var. Sink xüsusən gözün torlu qişasında çoxdur.
- Yüksək immun səviyyəsinin saxlanmasında(bütün yaşlarda) iştirak edir. Əgər virus infeksiyası ilk mərhələdə aşkar edilibsə, sink onun inkişafını tamamilə dayandırır.
İstifadə üçün göstəriş:
1. İmmuniteti gücləndirmək üçün.
2. Soyuqdəymə və qripin ilkin mərhələlərində xəstəliyin tezliklə dayandırılması üçün.
3. Yaxından görmənin profilaktikası və müalicəsi üçün. Gözün torlu qişasının xəstəlikləri, şəkərli diabet zamanı normal görmə qabiliyyətinin saxlanması, kataraktanın qarşısının alınması və müalicəsi üçün.
4. Dəri xəstəlikləri, allergiyalar, dermatitlər, civzə səpgiləri, saç və dırnaqların sağlamlığının qorunub saxlanması üçün.
5. Cinsi fəallığı artırmaq üçün. Kişi və qadın sonsuzluğunun, kişilərdə oliqospermiya və impotensiyanın, qadınlarda yumurtalıqların disfunksiyasının müalicəsi zamanı. Məlumdur ki, hər bir sperma porsiyası zamanı kişi çoxlu miqdarda sink itirir və bu boşluğu doldurmaq lazımdır.
6. Prostatitlər, prostat vəzinin adenoması.
7. Şəkərli diabetin müalicəsi və profilaktikasında (sink insulin sintezini yaxşılaşdırır).
8. Bədxassəli şişlərin profilaktikası üçün. Xərçəng, QİÇS-in kompleks müalicəsində, xüsusən də ilkin mərhələlərdə.
9. Hamiləlik ağırlaşmalarının qarşısının alınması, o cümlədən erkən toksikozlar, uşaq düşmələri, dölün böyüməsinin və inkişafının ləngiməsinin, çətin doğuşların profilaktikası üçün.
10. Sinir-psixi pozuntular, nevroloji xəstəliklər: epilepsiya, yayılmış skleroz, kəskin psixoz, şizofreniya, depresiyaların müalicəsində.
11. Bütün yaraların, o cümlədən əməliyyatdan sonrakı yaraların sağalmasını sürətləndirmək, əməliyyatdan sonrakı bərpa dövrünün gedişini yaxşılaşdırmaq üçün. Sinki əməliyyatdan əvvəl də qəbul etmək məsləhət görülür.
12. İstənilən mənşəli diareyalar, o cümlədən dizenteriya.
13. Qadınlara klimakterik dövrdə, orqanizmin “sönməsinin” qarşısını almaq üçün.
14. Aterosklerozun, hiperxolesterinemiyanın profilaktikası və müalicəsi.
15. Oynaqların iltihabi xəstəliklərində.
16. Yaşlılarda oynaqların hərəkətliliyin və elastikliyin saxlamaq üçün.
17. Yeniyetmələrdə sürətli inkişaf dövründə (skeletin kollagen toxumalarının əmələ gəlməsində iştirak edir).
18. Agızın selikli qişasının hiperplaziyasında (sink qıtlığı nəticəsində dad bilmənin itməsi).
Əks göstəriş: aşkar edilməyib.
İstifadə qaydası: hər yemək vaxtı 1 və ya 2 kapsul. Gündəlik 3-6 kapsul qəbulu mümkündür.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2