o.s.t- u Sevən Neçə
Nəfərik?.?.?
coxlarimizin sevdiyi qisa qapanma
mende cox sevirem bu tracki buda
sozleri Bizim neçə ilimiz qalıb dost?
Görəsən payız hansı yarpaqları tez
tökür?
Görəsən nə qədər təsirli olacaq
epiloq?
Zaman qəbir qazdıqca insanlar da
ev tikir
Zaman qırılmış ümidlərin son
qərarı mənzili
İnsanlar torpaqdan düzəlmiş çirkli
oyuncaqlar
Şəhər çoxdan bürünüb boz əlcəyli
magistrallar
Otağın bir küncündə çirki
oyuncaqlar
Yenə də sən gülürsən.Nəyə gərək
eroniya?
Ovucun qırışlarına hopur taley
xətlərimiz
Uzaqda piano, qonşu otaqda son
melodiya
Danış danışım məndə qucaqlaşsın
dərdlərimiz
Cənnəti tapmadıq biz. Nöqtələr
oldu vergül
Qısa bir qapanmadan sonra suallar
çoxaldı.
Arzular yerinə yetdi amma ucuz
xislətimin
İçimdə şükürlər yox yenə də dualar
çoxaldı
(vokal:Ayka)
(verse:Qaraqan)
Onun qızıl saçları ağlımdadı.
O mənim acı günlərimin ən xoş
xatirəsi
Palçıqlar iz qoyurdu ayaqlarım
közərdikcə
O mənim cəhənnəmlə cənnətimin
rabitəsi
Sonuncu həyat dərsi , ilk öpüş
fəlsəfəsi
Sonuncu ümid rəqsi , son görüş
mənzərəsi
Sonuncu dayanacaqda vaqonlarda
son sərnişin
Sonuncu sərnişinin köhnə tozlu
pəncərəsi
Cırılmış pencəyinin cibində qadın
şəkli
Həyat mürəkkəbliklə yazılmış
mürəkkəb həyat
O çoxdan ölmüş bir sevginin canlı
abidəsi
Qırılar ilk toxunuşdan bil ki
düzəlməz həyat
Sənin taleyin mənim taleyimlə ekiz
qardaş
Gəl oturaq, bir az danışaq, bir az
Allahdan
Sən odun tök ocağa, Mən yazım bir
iki misra
Yapışaq balıqlar tək ölümə çəkən
qarmaqdan biz..
(vokal:Ayka)
(verse:Qaraqan)
Səni basdırdığım torpaqda qızıl
güllər əkdim
Bir gün gələr ki o güllərdən gələr
sənin ətrin
Keçmişin rəflərində itib batmış
bioqrafiyam
Onun sonuncu səhifəsində qaldı
sən in sətrin
Məni bir kölgə sandın.dəhlizin
divarlarından,
Asılmış rəsimlərdə əbədi qaldı
sənin şəklin
Sən ümid notlarından yazılmış ideal
sinfoniya
Mənim əllərim əsdi mən drijor
mənim səhvim
Qurumuş boş cümlələr, Mavi gözlər
yalançı
Bu dört divarın içində sığmır içimə
mənim dərdim
Sən mənim parçalanmış
gözlərimdə ilham pərim
Mən sənin sevgi sərhədində son
tikanlə məftil
Qəfil küləylər əsdi bir anlıq durdu
nəbzim
Zərif işartılarda gözümə gəldi sənin
əksin
Bu qəribə incə fobiya.bəyaz bayraq
və təslim
Sonuncu dərs son baharda bitdi
mənim fəslim......... ............... .hosted
m
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1