“Çox vaxt bir saatlıq şəhvət
ləzzətindən uzun qəm-qüssə
yaranır.”
Həzrət Əli (ə) buyurur:
“Özünü islah etməyən şəxs
başqasını necə islah edə bilər?!”
Həzrət Əli (ə) buyurur:
“Qəlbini dünya məhəbbəti
tutan kəs Allah sevgisini necə
iddia edə bilər?!”
Həzrət Əli (ə) buyurur:
“Nadanlığın sübutu üçün
insanın özündən razı olmağı
yetər.”
Həzrət Əli (ə) buyurur:
“Hədsiz zarafat abır-həyanı
aradan aparır və düşmənçiliyə
səbəb olur.”
Həzrət Əli (ə) buyurur:
“Hədsiz zarafat axmaqlıq
nişanəsidir.”
Həzrət Əli (ə) buyurur:
“Kömək etdiyin kimi kömək
görərsən.”
Həzrət Əli (ə) buyurur:
“Axirəti üçün sədəqə
verməyənlərə dünyanın heç bir
faydası yoxdur.”
Həzrət Əli (ə) buyurur:
“Çox gülənin qəlbi ölər.”
Həzrət Əli (ə) buyurur:
“Başqalarının eyblərindən
danışan kəs əvvəlcə öz
eyblərindən başlamalıdır.”
Həzrət Məhəmməd (s) buyurur:
“Özün üçün bəyənmədiyini
başqaları üçün bəyənmə. Özün
üçün istədiyini qardaşın üçün də
istə.”
Həzrət Məhəmməd (s) buyurur:
“Xalqın ən dəyərlisi faydasız
işdən uzaqlaşan kəsdir.”
İmam Həsən (ə) buyurur:
“Kərəm odur ki, sənə ağız
açılmamış əta edəsən.”
İmam Həsən (ə) buyurur:
“Gözlərin ən üstünü xeyir
işlərdə çalışan gözlərdir.”
İmam Həsən (ə) buyurur:
“Özündən razı olmaq sizin
nəsihət qəbul etməyinizə mane
olur.”
İmam Həsən (ə) buyurur:
“İbrətlərdən nəsihət alın və
keçmişdəkilərin başlarına
gələnlərdən ibrətlənin.”
İmam Həsən (ə) buyurur:
“Dünya və axirət ağıl və
düşüncə ilə əldə edilər.”
İmam Həsən (ə) buyurur:
“Xoş xasiyyət qədər başqa heç
bir şey həyatı şirin etmir.”
İmam Həsən (ə) buyurur:
“Elminizi başqalarına öyrədin
və başqalarının elmini öyrənin.”
İmam Həsən (ə) buyurur:
“Ağılın kamilliyi xalqla xoş
münasibətdə olmaqdır.”
Həzrət Məhəmməd (s) buyurur:
“Xoş o kəsin halına ki, öz
eyblərinə məşğul olduğuna
görə, möminlərdə eyb
axtarmaqdan uzaqdır.”
Həzrət Məhəmməd (s) buyurur:
“Bilmədən bir iş görən şəxsin
xarab etdiyi düzəltdiyindən çox
olar.”
Həzrət Məhəmməd (s) buyurur:
“Hər kəs başqasının pis işini
başqalarına bildirsə, özü o işi
görmüş kimidir.”
Həzrət Məhəmməd (s) buyurur:
“İsrafçılıq yaxşı deyildir, amma
yaxşı işdə israf yoxdur
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев