Silinmir qəlbimdən sevgimin adı,
Qalmışam çarəsiz gəzirəm yadı.
Deyirlər qısqanclıq eşqə bəladı,
Mən səni sevməsəm niyə qısqanım?
Birgə nələr çəkdik,əzablar gördük,
Ömrümə ağırdı daşıdığım yük.
İnamım sevginə olsa da böyük,
Mən səni sevməsəm niyə qısqanım?
Mənim ürəyimin sönməyib odu,
Dəyişdi fikrini söz,dedi,qodu.
Bəlkə gözlədiyim məhəbbət budu,
Mən səni sevməsəm niyə qısqanım?
Gözüm kövrələndə ağlamaq olmur,
Hər dərdi özündə saxlamaq olmur.
Dilim yox desə də inanmaq olmur,
Mən səni sevməsəm niyə qısqanım?
Daha səndən uzaq döyünür ürək,
Bu eşqi sirr kimi saxlayaq gərək.
Deyir saçlarınla oynayan külək,
Mən səni sevməsəm niyə qısqanım?
İnşallah üzümüz gələr üz-üzə,
Özümüz köhnəyik,eşqimiz təzə.
İnanma sen menim dediyim sözə,
Mən səni sevməsəm niyə qısqanım?
http://m.ok.ru/dk?st.cmd=altGroupMain&st.groupId=52169594699942&_prevCmd=friendAltGroups&tkn=9333

Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев