Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
189. Rəsuli-Əkrəm (s.a.a.) buyurub: “Hər insan öz dostunun, yoldaşının dininin təsiri altında olur, ona görə də kimlərlə dostluq etməyinizdə diqqətli olun”. (Biharul-ənvar 74/ 192)
190. İmam Sadiq (ə) buyurur: “Elə bir şəxslə dost ol ki, sənə zinnət olsun, amma o kəslə dost olma ki, sən ona zinnət olsan (yəni həmişə özündən yaxşı kəslə dostluq et ki, mənəvi irəliləyişlərə çatasan)”. (Biharul-ənvar 76/ 267)
191. İmam Sadiq (ə) buyurur: “Mənim ən sevimli və ən yaxşı dostum o şəxsdir ki, eyblərimi mənə həmişə hədiyyə etsin, desin”. (Biharul-ənvar 76/ 282)
192. İmam Cəfər Sadiq (ə) öz atasından, o da öz cəddindən belə nəql edir: Əli (ə) buyurdu: “Həqiqətən müsəlman şəxsin üç dostu var. Onlardan biri deyir ki, mən həm sağlığında, həm də öləndən sonra səninlə dostam. O dost hər bir şəxsin öz əməlidir. Bir dost da deyir ki, mən qəbrə qədər səninləyəm, sonra səni tərk edəcəyəm. O da onun övladlarıdır. Bir dost da deyir ki, mən səninlə ölənə qədər dostam. Bu da onun sərvəti, malıdır ki, ölən kimi varislərin ixtiyarına keçir”. (Xisal 1/ 114)
193. İmam Sadiq (ə) buyurur: “Düz işlər görən və düz danışan şəxslərlə dostluq et və səy et ki, onlardan çoxlu mərifət kəsb edəsən. Çünki, onlar sənin rifahda yaşadığın vaxtlarda arxan, müsibət baş verdikdə isə köməklərindir”. (Biharul-ənvar 74/ 187)
194. İmam Səccad (ə) buyurur: “Yaxşı və saleh insanlara oturub-durmaq insanı layiqli olmağa vadar edir...” (Biharul-ənvar 78/ 141)
195. İmam Səccad (ə) buyurur: “Günahkarlarla yoldaşlıqdan, zalımlara kömək etməkdən uzaq olun”. (Biharul-ənvar 78/ 151)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев