təmsilçimiz: “Xəzər
Lənkəran”** “Qarabağ”la oyunda qələbə qazanan
“Neftçi” çempionluğun bir
addımlığındadı r.En yaxın
izləyicisi “Qarabağ”ı altı xal geridə
qoyan paytaxt təmsilçisinin son üç
turda altı xal itirəcəyi real görsənmir.Hazırkı vəziyyətdə “Neftçi”nin
çempionluğu ən çox onun əzəli rəqibi
“Xəzər Lənkəran”ın işinə yarayır.
Məsələ burasındadır ki, bu
komandaları kubokun finalında bir-
biriylə oyun gözləyir. “Xəzər Lənkəran” qələbə qazanacağı
təqdirdə həm də Avroliqada oynamaq
hüququ əldə edəcək. Amma onlar
hətta finalda uduzsa belə, bu il
Azərbaycanı Avroliqa yarışında təmsil
edəcək. Bunun üçün isə “Neftçi”nin çempion olması əsas şərtdir. Çünki
mövcud qaydalara əsasən, çempion
komanda həm də kuboku qazanarsa,
o zaman Avroliqaya kubokun sahibi
qismində məhz məğlub olan
komanda gedir. Kubokun qalibi olmuş çempion komanda isə
Çempionlar Liqasında yarışır. Beləliklə, indiki halda Avroliqaya
dördüncü vəsiqəyə ən real namizəd
“Xəzər Lənkəran”dır. Cənub
təmsilçisinin bu il Avroliqada
oynamaması üçünsə cəmi bir ehtimal
var ki, onun da gerçəkləşməsi möcuzə kimi görsənir: çempion
“Neftçi” yox, “İnter” və ya “Qarabağ”
olur, “Xəzər Lənkəran” isə kubokun
finalında uduzur. Bu halda Avroliqaya
Topaz Premyer Liqanı dördüncü
pillədə başa vuracaq iki komandadan biri – “Bakı” və ya “Simurq” gedəcək.
Amma bunun baş verməsi ehtimalı,
qeyd etdiyim kimi çox azdır. Beləliklə, “Neftçi”nin çempion olacağı
halda, bu komanda ölkəmizi
Çempionlar Liqası, “Qarabağ”, “İnter”
və “Xəzər Lənkəran” isə Avropa
Liqasında təmsil edəcək.
#новости
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев