Qurani-Kərimdə bu üstün şəxsiyyət barədə
buyurulmuşdur:
Allaha , Peyğəmbərə və özündən olan əmr
sahiblərinə itaət edin.(Nisa-59)
Sizin vəliniz yalnız Allah, Rəsul ,iman
gətirən mominlər və ruku halında zəkat
verənlərdir.(MAİDƏ-55)
Bu ayədə(Maidə-55) "ruku halında zəkat
verənlər" dedikdə Əli (ə) nəzərdə tutulur.
Bunu müxtəlif şiə və sünni alimləri öz
təfsirində təsdiq etmişdir.Bunu ayənin Əliyə
(ə) aid olması barədə mənbələr vardır, hər
birini qeyd ətməyə ehtiyyac yoxdur.
Hədis 1: Peyğəmbər (s) buyurub: Möminin
əməl dəftərinin sərlövhəsi Əlinin
məhəbbətidir.(mənbə: Tarixi-Bagdad , cild
4 , səh.410.Bundan başqa Əhməd Dehqan ,
40 məclis kitabı , 14-cü məclis.)
Hədis 2: Peyğəmbər (s) buyurub: Məni
məbus edən Allaha and olsun ki, Əlinin
məhəbbəti soruşulmadan heç bir yaxşı
əməl qəbul olunmaz.(Biharul-ənvar , cild
39 , səh.160)
Hədis 3: İmam Sadiq (ə) buyurub: Əgər yer
üzünün bütün camaatı Əlinin vilayətini inkar
etsə, Allah onların hamısını cəzalandırar və
cəhənnəmə göndərər.(İqabul-əmal ,
səh.450)
Hədis 4: Peyğəmbər (s) buyurub:Ya Əli!
Əgər bir bəndə Həzrət Nuhun (ə) ömrü
qədər ibadət etsə, Ühüd dağı qədər qızılı
olsa və onu Allah yolunda ehsan etsə,min
dəfə Həccə getsə və Səfa və Mərvə
arasında məzlumcasına öldürülsə, amma
sənin vilayətini qəbul etməsə , o , cənnətin
iyini duymaz və cənnətə daxil olmaz.
(Biharul-Ənvar , cild 27 , səh.194)
Hədis 5: Peyğəmbər (s) buyurub:
Məclislərinizi Əlinin zikri ilə zinətləndirin.(
Biharul-Ənvar , cild 38 , səh.199)
Hədis 6:Peyğəmbər (s) buyurub: Əlinin
zikri ibadətdir.(Biharul-Ənvar , cild 38 ,
səh.200)
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1