Kimi Oxuyun.. Bir-birini çox sevən iki səmimi dost
birlikdə yola düşürlər. Dağlardan,
meşələrdən, çaylardan keçib bir
səhraya çatırlar. Uzun yol dostlardan
birinin ürəyini sıxmağa başlayır. Eyni
açılsın deyə dostunun boynuna bir şillə çəkir.
Yorğunluqdan taqəti tükənən, üstəlik
də durduğu yerdə şillə yeyən dost
qumun üstünə " Bu gün ən yaxşı
dostum mənə şillə vurdu " yazır və
dostundan " məni niyə vurdun?" - deyə soruşmadan yoluna davam edir.
Dostların bitməz-tükənməz səyahəti
səhrada davam edərkən şillə yeyib
inciyən dost qəflətən bir qum
girdabına düşür. Əvvəlcə ona şillə
vuran dost dərhal köməyə gəlir. Qumlar dostunu girdaba çəkərkən əl
uzadıb onu xilas edir.
Şillə vuran dostunun onu xilas etdiyini
görən yolçu bu dəfə də bir daşın
üstündə bıçaqla " Bu gün məni ən yaxşı
dostum ölümdən xilas etdi!" yazır və belə bir dostu olduğuna görə Allaha
şükür edir.
Bunu görən xilaskar dost isə sözlərin
quma deyil, daşa yazılmasını heyrətlə
qarşılayır və ona:
- Mən sənə şillə vuranda " Bu gün ən yaxşı dostum mənə şillə vurdu!"
sözlərini qumda yazmışdın. Bu gün isə
səni girdabdan xilas edəndə daşın
üstünə " Bu gün məni ən yaxşı dostum
ölümdən xilas etdi!" yazdın. Bunun
səbəbini öyrənə bilərəm? - deyə soruşur.
Dostu ona təbəssüm edib:
- Sən mənə şillə vuranda
qəzəblənmədən quma " Bu gün ən
yaxşı dostum mənə şillə vurdu!"
sözlərini yazdım ki, əsən küləklər yazını silib aparsın. Məni girdabdan xilas
edəndə isə" Bu gün məni ən yaxşı
dostum ölümdən xilas etdi" sözlərini
daşlara yazdım ki, heç bir külək
dostluğumuzu silib aparmasın.
Dostluğumuz əbədi olsun,
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев