Предыдущая публикация
kişi sanmışam
Adam var, pulu-parası
çıxar şeşə qulağından.
Gözü gördüyündən çəkər,
tamah dişi qulağından.
Böhtanı dildən çıxarar;
həyanı eldən çıxarar...
Pis işi əldən çıxarar,
yaxşı işi qulağından.
Mən nə qədər naşıymışam,
tanıdıqca mat qalmışam.
Çoxunu kişi sanmışam,
uzaq kişi qulağından...
İlham İsmixanoğlu
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев