) DEDİKLERİ.
"Məqsadul-məqsud fi ziddil-bid'ətil-mənsud" kitabının sahibi Şeyx əbdur-Rəhman Bazanti Ömərdən belə nəql edib deyir: Peyğəmbərdən(s) belə eşitmişəm:
Axırzamanda bir dəstə meydana çıxacaq. Onlar əllərinə qara bayraq alar və bayraq üzərinə Allahın təkliyini və mənim adıma şəhadət yazarlar. Lakin Allahdan və Rəsulullahdan(s) xəbərləri olmaz. Qur'anı istəylərinə görə şərh edərlər. Müsəlman qadınlarıyla zina edərlər. Günahsız insanları,qocaları, hətta öz övladlarını da öldürəcəklər. Qiyafələri şeytanın qiyafəsi, libasları isə məcusların libasıdır. Onlar yəhudilərdən pis, şeytandan hiyləgər olacaqlar. Özlərinə ləqəblər qoyar və sünnətimə bid'ətlər qoşaraq camaat halında dəstə-dəstə bu bid'ətlərə cəm olarlar. Onlar mənim sünnətimdən yalandan danışar, dünyanın bir çox hissəsini aldadarlar. Lakin çox keçməz ki, Şam torpaqlarında onların kökü kəsilər. Bütün hər kəs onların hiyləsini anlayar. Onlar başqa müsəlmanlara istehza edib, özlərindən başqalarını sevməzlər. Zalım hakimləri özlərinə tabe edərlər. Onlardan özlərinə kömək və dəstək alarlar. Bütün günü namaz qılıb, özlərini müttəqilərə oxşadarlar. Şəhadət barmaqlarıyla (nuqsimu billah) "Allaha and olsun" kəlmələri ilə hədə-qorxu gələrlər. Lakin canım əlində olan Allaha and olsun ki, onların etdikləri İslam sünnətinə ziddir. Onlar məndən uzaq, mən də onlardan uzağam. Cəhənnəm onlarla dolacaq. Onlar bid'ətin ən şiddətli həddində olarlar. İnsanlara müşrik deyərlər. Amma özlərinin əməlləri zahir olanda gizlədərlər. Kə'bə evi onların əlində olar. Onlar Kə'bəni sökmək istəyərlər. Onlara qarşı qalxanları isə səhv mühakimə edib, başlarını kəsərlər.
Sizlərə tövsiyə edirəm! Sizlərə tövsiyə edirəm! Sizlərə tövsiyə edirəm!
Bu dəstədən Allaha pənah apararaq onlardan uzaqlaşın!
«Sahihul-Buxari», babul-bid'əh,hədis 11, səh 136.
«Sahihu Muslum» babu "ma ənkərar-Rasul(s), c 1,səh 32.
«Sunən ibn Teymiyə», səh 56 ( Dəməşq çapı)
«Əs-Sunnətu vəl-bid'əh» Usturabadi, c 4, səh 165-166, hədis 41.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев