Леонид Лавриненко
added June 28 2020 at 21:34
Программа Всесоюзной Коммунистической Партии (большевиков). Вступай в ряды большевиков! ь
Пётр Северов
added June 18 2020 at 21:02
l
The video was deleted or is not publicly available
Иванка Калина
added June 13 2020 at 21:33
Граждане Азербайджана! Наша Родина лежит в руинах: за 30 лет оккупации ворами и бандитами уничтожены промышленность, образование, сельское хозяйство и, как мы сегодня видим, медицина! Коек для больных просто нет! А оккупанты посылают последние средства в США, откровенно насмехаясь над народом, чувствуя свою безнаказанность! Нас уже открыты уничтожают! И мы так и вымрем по одному, если не обьединимся! Без партии-штаба сопротивления народа мы - стадо, и нас легко иметь олигархам! Смело вступайте в
Прастьи за всë
added March 6 2020 at 12:59
Джамиль Асадов
added January 17 2017 at 19:53
Zərdabi haqqında sitatlar Həsən bəy Zərdabi dühasını həqiqi miqyasda anlatmaq üçün, ona ölmək lazım gəldi...R.Bədəlov "Zərdabi" http://zardob.blogspot.com/p/si.html
Elsen Isayev
added November 16 2016 at 22:32
Babam
SUSEN ZERDABLI
added February 20 2016 at 12:49
Xocalı şəhidlərinin əziz ruhlarına ithaf olunur. XOCALI FƏRYADI – TANRININ DİVANI Monoloq Haray! Haray! Dünya, Haray! Eşit məni, zalım dünya! Vaxt gələcək haqqı qəbul edəcəksən! Müsəlmana - ulu Türkə, Bu haqsızlıq səbəbilə, mütləq cavab verəcəksən! Qanlı fevral gecəsində dünya batdı rəzalətə. Ar olsun bu rəzaləti insanlığa yaraşdıran, faciə və müsibəti millətimə yaşatdıran, Mənfur, faşist bir dövlətə - ermənitək bir millətə!
İSMAYİL BEWİRLİ
added February 5 2016 at 21:03
Show more
10 Apr 2012
311 participants in the group
Join
Zərdab, 12 dekabr. Sizə bir mənzərə təsvir edim, siz də baxıb zövq alın. 1882-ci ildə balıq sənayesinin polis məmuru mənim xəbərim və razılığım olmadan belə bir protokol tərtib ediblər ki, mən, icarəyə götürdüyüm sahəyə çəpər çəkmişəm. Bu iş üzrə cəlb edilən kəndli bir sahil sakini kimi Kürün sahilində balıq ovlamaq üçün mənim ona verdiyim yazılı icazəmi onlara təqdim etmişdir. Mənim bu icazəmə baxmayaraq İdarə məni 1000 rubl cərimə etməyi qərara almışdır. Mən İdarənin bu qərarından şikayət verdim və keçən noyabrın 5-dək nəticəni gözlədim və birdən polis pristavı mənim evimdə zühur edərək əmlakımı siyahıya almağa başladı. Məlum oldu ki, nazirlik mənim şikayətimi rədd etmiş, bu barədə məlumatı idarəyə göndərərək təklif etmişdir ki, onu mənə təqdim etsin və cəriməmi yazsın. İdarə isə həmin bildiriş-məlumatı mənə təqdim edilmək üçün, bilinmir ki, hansı əsasla qəza polisinə vermişdir və elə həmin gün, yəni bildiriş mənə çatdırılmamış quberniya idarəsinə əmlakımın siyahıya alınması və satışa çıxarılması barədə məlumat vermiş, mənim əmlakıma qadağa qoyulması barədə qəzetlərdə elan dərc etdirmişdir. İdarənin bu sonuncu işi görməsinə qətiyyən ehtiyac yox idi, çünki onun ixtiyarında məndən tələb edilən cərimənin məbləğindən xeyli çox girovum var, həm də balıq ovuna dair müvəqqəti qaydalarda başqa tədbirlər nəzərdə tutulur. Lakin İdarənin iş üslubu başadüşüləndir: onlar istəyirlər ki, qışqırıqçı-icarəçini çox ciddi cəzalandırsınlar (şikayət birbaşa cənab nazirə göndərilib). Pristav Mirzəxanovun fəaliyyət metodu daha çox maraq doğurur. O, mənə təqdim olunmalı bildirişi alaraq bir kənara tullayıb və quberniya idarəsinin mənim əmlakımın siyahıya alınması və satışa çıxarılması barədə fərmanını alanda isə bildirişi mənə təqdim etmək və cəriməni almaq barədə xahişimə baxmayaraq bu xahişi yerinə yetirməkdən yayındı və birbaşa əmlakımın siyahıya alınaraq satılmasına başladı ki, bununla əlbəttə ki, camaatın gözü önündə məni hörmət və nüfuzdan salmağa çalışdı (şikayət quberniya idarəsinə göndərilmişdir). Cəriməni ödəyəndən sonra özümə gəlməmişdim ki, dekabr ayı üçün icarə haqqının, başqa sözlə, o biri cərimənin ödənmə vaxtı gəlib çatdı. Doğrudan da mən bu ödənişə cərimədən başqa hansı adı qoyum ki? Indi qışdır, amma And içirəm ki, mən hələ də şamayı görməmişəm, yalnız bir dəfə qızılbalıq görmək xoşbəxtliyi mənə nəsib olub. Ötən illərdə yuxarı vətəgə icarəçiləri heç olmazsa, naqqa (naxa) və ilanbalığı tuturdular, amma indi naqqanın demək olar ki, kökü kəsilməkdədir, ilanbalığı da gözə dəymir. Siz müvəqqəti qaydaların qüvvədə olma müddətinin daha 2 il uzadılması və ovlaq sahələrinin əvvəlki əsaslarla satışa çıxarılması fikri barədə yazmışdınız. Qorxuram ki, yuxarı ovlaq sahələrinə bu alver heç nə gətirməsin. H.-b. «Kaspi» qəzeti, № 279, 21 dekabr 1884-cü il. TƏRCÜMƏÇİ:İSAMƏDDİN ƏHMƏDOV.
Log in or sign up to add a comment