Baqir (ə.) ona dedi:
* * * “Ey Cabir, bizim şiəmiz olduğunu
iddia edən bir kəsə sadəcə
müqəddəs Əhli-beytin vilayətini
qəbul etməsi kifayətdirmi?
And olsun Allaha, bizim şiələrimiz
Allahdan qorxan və Ona itaət
edənlərdir.
Bizim şiələrimiz təvazökarlıq,
dərin ehtiram, əmanətdarlıq
(etibarlılıq), Allahı çox zikr etmək,
oruc, namaz, valideynlərlə yaxşı
davranış, ehtiyaclı qonşulara və
yetimlərə yardım, düz danışmaq,
Quran tilavəti və camaata qarşı
dilini pis sözlərdən saxlamaqdan
başqa xüsusiyyətlərlə
tanınmazlar”.
...sonra dedi:
“Allahın ən sevimli bəndələri
Allahdan ən çox qorxan və
əməllərinə ən çox diqqət
edənlərdir.
Ey Cabir, vallahi, biz Allaha
itaətkarlıqdan başqa yolla
yaxınlaşa bilmərik və bizim başqa
yolumuz yoxdur (bu, həmçinin
bizə aiddir).
Hətta biz Əhli-beyt (ə.) də öz
dərəcə və fəzilətlərimizi yalnız
Allaha itaətkarlıq vasitəsilə
qazanmışıq.
Heç kimin Allah yanında imtiyazı
yoxdur. Kim Allaha itaət edirsə,
bizim şiəmizdir və kim itaət
etmirsə, bizim düşmənimizdir.
Heç kim (saleh) əməlsiz və
təqvasız olaraq bizə vilayəti
qazana bilməz”.
Sonra İmam (ə.) başqa bir
hədisdə dedi:
“Bizimlə Allah arasında heç bir
qohumluq əlaqəsi yoxdur və
Allaha itaətkarlıqdan başqa yolla
Ona yaxınlaşa bilmərik və bizim
başqa yolumuz yoxdur.
Sizdən kim Allaha itaət göstərsə,
bizim şəfaətimizdən faydalana
biləcək və sizdən kim Allaha
itaətsizlik göstərsə, bizim
şəfaətimizdən faydalana
bilməyəcək.
Vay halınıza, təkəbbürlü olmayın!
Vay halınıza, təkəbbürlü olmayın!”
Heç kim düşünməməlidir ki,
vilayət onu qurtaracaq. Yalnız
əməl və itaətkarlıqla vilayət!
Kimin əməli olmasa, imamın
dediyi bu söz ona aid olar:
“Sizdən kim Allaha itaətsizlik
göstərsə, bizim şəfaətimizdən
faydalana bilməyəcək”.
Bu məzmunda çoxlu hədislər var.
Hədisin mənbəsi:
“Vəsail əş-şiə”, s. 234, 3 və 4-cü
hədis
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев