Bəzən biri öz valideyinlərinə namaz qılmadıqları üçün kafir damğası vurur,xəbərləri yoxdur ki,əgər onlar kafirdilərsə özü də nikahsız ilişkinin səmərəsidir.Qaş düzəltməyə deyə göz çıxartmayaq ehtiyatlı olaq xüsusəndə belə incə məsələlərdə.
NAMAZ QILMAMAQ KÜFRDÜR,YOXSA BÖYÜK GÜNAHDIR?
Müslimin <<Səhih>> kitabında belə bir hədis var:<<İnsanla küfr arasında olan sərhəd –namaz qılmamaqdır >>.
Bu hədisi şərh edərkən İmam Əbu Zəkəriyyə ən-Nəvəvi deyir:<< Namaz tərgiyən şəxs əgər namazın fərz olmasını inkar edərsə ,onda o,kafirdir,İslamın bütün imamlarının yekdilliyi ilə, İslam dinindən çıxmış sayılır.Burada yeni İslama gəlmiş ,namazın fərz olduğunu biləsi qədr vaxt müsəlamnlarnan bir yerdə olmayan şəxs istisna olunur.
Əgər ki,onun namaz tərgiməsi tənbəllikdən irəli gəlirsə və eyni zamanda namazın vacibliyini də inkar etmir-- əksəriyyət insanlarda kı,kimi—(yeddinci əsrdəki) alimlər bu haqda mütəlif fikirlər söylədilər.
İmam Malik,İmam Şəfii—və əvvəlki sələfunların və xələfunların əksəriyyəti dedilər ki, o kafir sayılmaz,fasiq(günah işlətmiş ) sayılar.Ondan tövbə etməsini tələb olunar.Tövbə edərsə edər,yoxsa pozduğu qanunun cəzası(ərəb dilində buna “hədd” deyilir) kimi(kafir kimi yox) öldürülər.Necə ki evli şəxs zina edərsə,öldürülən kimi.Qılıncla cəzalandırılır.
Əvvəlki sələfunlardan bir qrup isə dedilər ,o şəxs.kafir olur.Bu fikir Əli ibnƏbu Talibdən çatdırılmışdır və bu Əhməd ibn Hənbəlinin bir neçə rivayətlərindən bitridir.Abdullah bin Əl-Mübərak,İshaq bin Raxaveyh də bu fikirdədilər və bu da İmam Şafiinin bəzi yaxınlarının fikirləridir.
Əbu Hənifə,Kufa alimlərindən bir qrup,İmam Şafiinin dostu Əl-Müzənni dedilıər—o şəxa kafir sayılmaz və onu öldürmək tələb olunmur.ona təzirlə(çubuqla və ya qamçı ilə) cəzalandırmaq və namaz qılana qədər həbsə atmaq lazımdır.
Kafirdir—iddiasında olanlar, dəlil olaraq ikinci hədisin zahiri mənasını gətirmişlər >>.
<<həmin şəxsi öldürmək lazım deyil deyənlər << Üç hal istisna olmaqla,müsəlmanın qanını tökmək halal deyil>> hədisi dəlil gətirirlər və burada da namaz haqqında söylənilmir.
Əksəriyyət alimlər onun kafir olmadığına dəlil olaraq Allahu Təlanın Quran ayəsini gətirir: << Həqiqətən Allah Ona şərik qoşanları əsla bağışlamaz,bundan başqa günahları istədiyi şəxsə bağışlar>>.(4/116)
Yenə də onlar dəlil olaraq Peyğəmbər s.ə.v. sözlərini misal gətirirlər:<< Kim << Lə İləhə İlləllah>> deyərsə Cənnətə girər >>, <<Kim Allahdan başqa İlah yoxdur fikri ilə dünyasını dəyişərsə Cənnətə girər>>,<<Qul heç bir şəkk-şübhə olmadan, iki şəhadətlə qiyamət günü Rəbbinin hüzuruna çıxarsa, Cənnətindən məhrum qalmaz>> ,<< Allah << Lə İləhə İlləllah>> deyən insanı Cəhənnəm oduna haram etmişdir>> və başqa hədislər.
Öldürmək lazımdır deyənlər haqda desək,onlar Quran ayəsini dəlil gətirirlər << Lakin əgər tövbə etsələr,namaz qılıb zəkat versələr,onları sərbəst buraxın....>>. (9:5)
Peyğəmbərimizin s.ə.v. başqabir sözünü də misal gətirdilər: << Mənə əmr olunub ki,mən mübarisə aparım nə qədər ki,<<Lə İləhə İlləllah>> deməyirlər,namaz qılmırlar,zəkat vermirlər,əgər onlar deyilənlərə əməl edərlərsə, məndən qanlarını da mallarını da qorumuş olarlar>>.
Peyğəmbərimizin s.ə.v. << İnsanla küfr və şirk arasında olan sərhəd –namaz qılmamaqdır >> hədisini növbəti şəkildə açıqlamışdılar: Namaz qılmayana verilən cəza-kafirə verilən cəzadır bu da ölümdü r.Ya da hədis, namaz tərgiməyin halal olduğunu düşünənlərə aiddir,ya da ki.bunun mənası, onun, bu əməllə küfrə kimi gedəcəyi deməkdir,və yaxud bu əməl kafirlərin əməl olduğunu deməkdir.Yaxşısını bilən Allahdır >>.İmam ən-Nəvəvi << Səhihu Müslim bi Şərhin Nəvəvi >> 2/7/ Misir:1347/1929
Böyük alim Abu Umar İbn Əbdil Bərr << Ət-Təhmid>> kitabında namazın fərz olmasını qəbul edib, tənbəllikdən namaz qılmayan adam haqqında belə demiş: <<Onlar (yəni alimlər) namazın fərz olmasını inkar etməyərək namaz qılmayan şəxs barədə müxtəlif fikirdədilər.
Bəzilər təkfir hökmü verdilər.Yuxarıda adı çıkilənlərin fikirləridir başda << Zeyd bin Əsləmin Buşr bin Mixcandan söylədiyi fikidir >>.
Ancaq əksəriyyət alimlər namaz qılmayana kafir deməkdən imtina etdilər, yalnız namazın vacibliyini inkar etməzsə.Rədd etmək və inkar etmək,təsdiq etməyin və qəbul etməyin əks tərəfidir.>>İbn Əbdil Bərr: Ət-Təhmid:9/251.Dərul Hədisil Həsəniyyə:1387/1967
Hənbəli məzhəbindən olan böyük alim İbn Kudama əl-Məqdisi,namaz tərgiyən kafir sayılmır deyə, müsəlmanların icması (həmfikri) olduğunu söyləyir.Çünki,bu (namaz qılmayanın kafir olmaması) müsəlmanların həmrəy olduğu fikridir(icması). Eşidilməyib ki,hansısa əsrdə namaz (fərz olmasını inkar etməyib) qılmayan dünyasını dəyişərkən yuyulmasın,kəfənlənməsin,cənazə namazı qılınmasın və müsəlmanların məqbərəsində basdırılmasın.Eləcə də onun valideyinlərindən irs alması və ondan onun uşaqlarının irs alması heç vaxt qadağan etməmişdirlər.Eləcə də ər-arvadıı da, ikisindən biri namaz qılmır deyə heç vaxt ayırmamışdırlar,baxmayaraq ki,namaz qılmayalar indiki zəmanədə çoxdur.
Əgər namaz qılmayan kafir hesab olunsaydı,bütün bu qərarlar yerinə yetirilərdi. Biz görməmişik ki,namaz qılmayanın, namazı qəza etməsi haqqında müsəlmanlar arasında fikir ayrılığı olsun.Əgər namaz qılmayan kafir sayılarsa, onda ona namaz və orucu qəza etmək vacib olmazdı.
Yuxarıda söylənilmiş olan (İnsanla küfr arasında olan sərhəd –namaz qılmamaqdır) hədis namaz tərgiməyin nə dərəcədə təhlükəli olduğunu və namaz qılmayanın kafirə oxşar olduğunu bildirən mənadadır.Həqiqi mənada deyil.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1