Türkmənçay müqaviləsi
1813-cü ildə Qarabağda Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində rus ordu qərargahında Gülüstan müqaviləsi bağlanan zaman rus çarı I Aleksandr Napoleon Bonapartla savaşda idi. Belə bir şəraitdə İranla sülh müqaviləsi bağlanması onun istəklərinə tam cavab verir, Rusiyanı Qafqazda və Xəzər dənizində əsas söz sahibinə çevirirdi.
Müqavilənin şərtləri açıqlandıqdan sonra bu İran üçün heç də yaxşı gələcək vəd etmirdi. İran Gülüstan müqaviləsinin şərtlərilə heç cür barışa bilmirdi və xüsusi elçi kimi Tehrandan qayıdan knyaz Menşikov hələ yolda ikən - 1826-cı ildə II Rusiya-İran müharibəsi başladı. Müharibədə İran tərəfdən əsas aparıcı qüvvə azərbaycanlılar idi. Başda Abbas Mirzə olmaqla ən sıravi döyüşçüyə qədər. Bu hücum vaxtı işğal olunmuş bütün xanlıqların ərazilərində - Şəki, Qarabağ, Şirvan, Bakı və digərlərində ruslara qarşı üsyanlar müşahidə olunurdu.
1826-cı ildə əməliyyata başlayan Abbas Mirzə sürətlə irəliləmək əvəzinə 45 gün ərzində Şuşanı mühasirədə saxladı, bu isə ruslara qüvvələrini cəmləşdirməyə və əks hücuma keçməyə imkan verdi. Bu dəfə ruslar Naxçıvanı, Xoyu, Mərəndi, Ərdəbili və Təbrizi də ələ keçirdilər.
1828-ci il fevralın 9-da Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində ikinci sülh sazişinin sonuncu iclası keçirildi. Fevral ayının 10-da "İsa Məsihin anadan olmasının 1828-ci ilində" gecə münəccimin təyin etdiyi vaxtda barışıq paktı imzalandı. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzaladılar.
Müqaviləyə görə, İrəvan və Naxçıvan Rusiyaya verildi, Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edildi. Bundan sonra ermənilərin kütləvi surətdə Azərbaycan ərazilərinə köçürülməsi başladı və xüsusi köçürülmə komitəsi yaradıldı. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən 90 min erməni Azərbaycana köçürüldü. Beləliklə, bu müqavilə Azərbaycanın dövlətçilik ənənələrini məhv etdi.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев