gecəsində (gecələrində)
yatmayıb oyaq qalmaq
hədislərdə tövsiyə
edilib.
Buna ərəb dilində “ehya”
deyirlər (xalq arasında Qədr
gecələrini “ehya gecələri”
adlandırırlar). Amma sadəcə
olaraq yatmayıb oyaq
qalmaqla iş bitmir. Bu gecəni
ibadətlə, dua ilə, Allahın
böyüklüyü, əzəməti və qüdrəti
barədə düşünməklə, savab işlər
görməklə keçirmək əsas
şərtdir. Qədr gecələrində
istənilən cür ibadət etmək,
istənilən qədər namaz qılmaq
və dua oxumaq olar. Hər kəs
bacarığına və istəyinə uyğun
olaraq öz ibadət proqramını
təşkil etməkdə azaddır.
Peyğəmbər Ramazanın son
ongünlüyündə yatağını
yığışdırıb kənara qoyardı. 23-cü
gecədə ailə üzvlərini yuxudan
oyadardı ki, ehya saxlasınlar;
yuxulu olanların üzünə su
çiləyərdi.
Qədr gecələrində yerinə
yetirilməsi tövsiyə edilən
əməllər:
1. Qədr gecələrində qüsl
almaq (məğrib
azanından qabaq olması
daha yaxşıdır).
2. Səhərə qədər məsciddə
ibadət etmək (Əhya
saxlamaq).
3. Əhya gecələrində iki
rükət namaz qılıb, hər
rükətdə “Fatihə”
surəsindən sonra 7 dəfə
“İxlas” surəsini oxumaq
və axırda 70 dəfə
istiğfar etmək
(“Əstəğfirüllahə və
ətubü ileyh”) tövsiyə
olunub. Peyğəmğər
buyururdu ki, bu namazı
qılan adam yerindən
qalxmazdan qabaq Allah
onun özünün və ata-
anasının günahlarını
bağışlayar.
4. Qurani-kərimi açıq
vəziyyətdə öz qarşısına
qoyub bu duanı oxumaq
da müstəhəb sayılır:
“Allahümmə inni
əsəlükə bi-kitabikəl-
münzəli və ma fih. Və
fih-ismükəl-əkbərü və
əsmaükəl-hüsna və ma
yüxafü və ma yürca. Ən
təcələni min ütəqaikə
minən-nar”.
Tərcüməsi: “İlahi, endirdiyin
kitaba (Qurana) və onun
içindəkilərə, Quranın içindəki ən
böyük adına, ən gözəl adlarına,
qorxmalı və ümid etməli hər
xəbərə xatir səndən istəyirəm
ki, məni cəhənnəm əzabından
bağışladığın adamlardan biri
edəsən”. Bu dua bitdikdən
sonra hər kəs öz dualarını edə
bilər.
5. Qurani-kərimlə yerinə
yetirilən dua ənənəsi. Bu
ənənəyə görə, Quranı
qaldırıb baş üzərində
tutur və bu duanı
oxuyurlar:
“Allahümmə bi-həqqi hazəl-
Quran. Və bi-həqqi mən
ərsəltəhü bih. Və bi-həqqi külli
möminin mədəhtəhü fih. Və bi-
həqqikə əleyhim. Fəla əhədə
ərəfü bihəqqikə minkə”.
Tərcüməsi: “İlahi, səni and
verirəm bu Quranın haqqına,
onu göndərdiyin kəsin
(Peyğəmbərin) haqqına,
Quranda təriflədiyin bütün
möminlərin haqqına. Səni and
verirəm Sənin onlar üzərində
olan haqqına. Sənin haqqını
Səndən daha yaxşı heç kim
bilməz”.
Sonra aşağıdakı
sözlərin hərəsini 10
dəfə demək lazımdır:
“Bikə ya Allah”, “bi-
Mühəmməd”, “bi-Əliyy”, “bi-
Fatimə”, “bil-Həsən”, “bil-
Hüseyn”, “bi-Əliyy ibnil-
Hüseyn”, “bi-Mühəmməd ibni
Əliyy”, “bi-Cəfər ibni
Mühəmməd”, “bi-Musəbni
Cəfər”, “bi Əliyy ibni Musa”, “bi-
Mühəmməd ibni Əliyy”, “bi-
Əliyy ibni Mühəmməd”, “bil-
Həsən ibni Əliyy” və “bil-
Hüccə”. Bundan sonra hər kəs
ürəyində bir niyyət tutub, onun
həyata keçməsini Allahdan
istəməlidr. Göründüyü kimi, bu
yolla insan Peyğəmbərin,
Fatimeyi-Zəhranın və 12
imamın xatirinə Allaha and
verir ki, onun dualarını eşitsin
və istəyini yerinə yetirsin.
6. Ramazanın 19-cu
gecəsində (İmam Əlinin
yaralandığı gecədə) o
həzrətin qatilinə bu
sözlərlə 100 dəfə lənət
göndərmək
buyurulur:”Allahümməl-
ən qətələtə əmiril-
möminin” (“İlahi,
möminlərin əmirini
öldürənə lənət et”).
Ümumiyyətlə, Qədr gecələrində
edilən duaların daha tez
müstəcab olduğu barədə
rəvayətlər çoxdur.
Bundan başqa, Qədir
gecələrinin müstəhəb əməlləri
rəngarəngdir. Daha artıq savab
qazanmaq və bu gecənin
haqqını vermək istəyən adam
öz imkanı dairəsində aşağıdakı
əməlləri də yerinə yetirə bilər.
Məsələn, Quran oxumaq
müstəhəbdir. Xüsusilə, 23-cü
gecədə “Ənkəbut” və “Düxan”
surələrini tilavət etmək, “Qədr”
surəsini min dəfə (və ya
bacardığı qədər) təkrarlamaq
savab sayılır. Bu gecələrdə
“Cövşəni-kəbir” duasını
oxumağın da savabı var. Qədr
gecələrində çoxlu istiğfar
etmək, yəni “Əstəğfirüllahə
rəbbi və ətubü
ileyh” (“Günahlarımın
bağışlanmasını Allahdan istəyir
və Onun hüzurunda tövbə
edirəm”) demək də
müstəhəbdir.
Ramazan ayının gecələrində
üst-üstə min rükət namaz
qılmaq müstəhəbdir; 19-cu, 21-
ci və 23-cü gecələrin hər
birində 100 rükət namaz qılınır.
Əhli-sünnə məzhəbli
müsəlmanlar ramazanın bütün
gecələrində olduğu kimi, bu
gecələrdə də təravih namazı
qılırlar.
Qədr gecələrində sədəqə
vermək, etikafa girmək (ən azı
3 gün məsciddə ibadətlə
məşğul olmaq) də savab sayılır.
Qədr gecələrində oxunması
tövsiyə edilən başqa irihəcmli
dualar da mövcuddur ki,
müvafiq kitablarda (məsələn,
Məfatihül-cinan” kitabında)
bunlar qeyd edilib.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев