Предыдущая публикация
Nə, həsrət çəkirəm, nə də, qəm-kədər..
Burda səni heç kəs gözləmir daha,
Qayıtma, boş'yerə qayıtma hədər..
Arabir qələmə qarışır başım,
Şeirlər, qəzəllər düzdü, yazıram..
Oxuyub haçansa, heç ümidlənmə,
Mənəm də, inanma, sözdü, yazıram..
Şeirlər nə'badə aldatsın səni,
Düşmə hədər yerə söz hiyləsinə..
Sevərək getdiyin həmən yerdə qal,
Hər qurban yaraşır öz hiyləsinə..


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2