Qəfil hansısa polisin yaxınlaşıb, sənəd tələb etmə, sənəd
varsa da, yoxsa da bölməyə aparmaqla hədələməsi kimi ehtimal var. Bəs, onda Gəncə hansı gənclərin paytaxtıdı? Gəncliyini
sərbəst, rahat yaşaya bilməyən, istədiyini geyinə bilməyib, istədiyini eləyə bilməyib, qorxa-qorxa, çəkinə-çəkinə yaşamağa məcbur olan gənclərin paytaxtımı? Əlbəttə, yazını oxuyub, «çox elə lazımdı parklarda, orda-burda öpüşmək, açıq-saçıq geyinmək» deyənlər də olacaq. Bəli, lazımdı. Vacibdi.
Uşaq uşaqlığını yaşamalıdı, qoca rahat qocalığını, gənc də səhvlərlə, yanılmalarla, dəliliklərlə dolu azad və sərbəst gəncliyini.
Gəncliyini doyunca, öpüşə-öpüşə, sevişə-sevişə yaşamalıdı ki, yaşlananda kompleksli, zəhərli, istədiyi kimi yaşamağı bacaran gənclərə nifrətlə baxan kinli qocaya çevrilməsin. Gələcəkdə, öpüşdüklərinə görə oğlanla qızı tutub, bölməyə aparan polis olmasın. Qızla oğlanların məktəbdə bir yerdə oxumağına qadağa tələb edən siyasətçi olmasın. «Mən indiki gənclərə nifrət edirəm» deyən şairlərdən olmasın. Dövrünün yaradıcı gəncliyinə «lümpenlər» deyən xalq yazıçısı
olmasın. Gənclər gəncliyini elə doyunca yaşamalıdı ki, özündən sonrakı gəncliyin dəliliklərini görəndə, öz keçmiş «günah»larını
yadına salıb, qımışsınlar, gülsünlər. Gəncəni isə hələ ki, «öpüşə bilməyən gənclərin paytaxtı» elan eləsinlər...."
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев