Bu yol inşaatı məsələsi o qədər böyüdü ki, hətta Avropa Parlamenti millətvəkilləri də buna qarışaraq, işqal olmuş ərazilərdə yol inşaatının qeyri-qanuni olduğunu vurquladılar. Sizcə Ermənistan ilə Dağlıq Qarabağ arasında fərqli məkanlardan keçən avtomobil yolları çəkilməsinin səbəbi nədir?
Son illərdə Azərbaycan ordusunun keçirdiyi müvəffəqiyətli hərbi əməliyyatlar nəticəsində və stratejik yüksəkliklərin nəzarət altına alınmasından sonra, Ermənistan ilə Qarabağı birləştirən əvvəlki yolların heç bir mənası qalmır. Nə humanitar, nə də hərbi yardımları daşımaq üçün bu yolların istifadəsi mümkün olmur. Həm Naxcıvandaki Günnüt əməliyyatından sonra, həm də Fizulidəki Lələtəpə yüksəkliyi ələ keçirildiktən sonra, stratejik önəmə sahib bu yollar istifadəsiz vəziyyətə gəlib. Azərbaycanın Dağlıq Qarabağ azadlığı üçün apardığı mərhələli xarici siyasət və hərbi əməliyatların nəticəsində isə, Ermənistan yönətimi çaşqın vəziyyətdədir. Gah öz vətəndaşları arasında səfərbərlik elan edir, gah xaricidəki erməniləri ölkəyə gətirərək onları işqal edilmiş bölgələrdə yerləştirir, gah da ərəb dövlətləri ilə əlaqəyə girərək Rusiyaya və Azərbaycana qarşı gizli planlar hazırlamağa çalışırlar. Dünənə qədər Azərbaycan qadınlarnına səslənərək sülhə çağıran Ermənistanın birinci xanımı, bu gün əlinə silah alıb hərbi təlimlərdən kəçir, sebebini de “Azərbaycan toraplarında öz uşaqlarını qorumaq” kimi açıqlayır! Bütün bunlar azmış kimi, qardaş Türkiyənin 50 ilə yaxın mübarizə apardığı PKK terror təşkilatı nümayəndələrini və terorcu birliklərini də Azərbaycanın Qarabağ bölgəsinə çağıraraq Azərbaycan ordusu ilə mübarizə sövq edirlər.
Yerevan eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət ederek, Moskvadan kömək istəyir, həm də öz vətəndaşlarına yalan xəbərlər verərək Tovuz döyüşlərində qələbədən danışır. İllər boyunca ölkə yönətiminin yalanlarından bezmiş Ermənistan ictimayətində də narazıcıqlar diqqət çəkir. Paşinyan daxili siyasətdəki itkilərini gizlətmək üçün ya muharibə ritorikası ilə çıxış edir, ya da populist açıqlamalarla ölkə vətəndaşlarının “yola vərməyə” davam edir. Ermənistan xarici siyasəti iki qarpızı bir əllə tutmağa çalıştığı zaman hər ikisini düşürüb itirəcəyinin cavabdehlini düşünmürsə, bu Azərbaycan üçün çox əlverişli vəziyyət yaradır.
https://youtu.be/rmo_3cgR7C8
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 11