Evinin divarında "Ya Hüseyn" şüarı yazan qazinin evinə polislər basqın edib
#Paylaş
Bu dəqiqələrdə aldığınız məlumata görə Bakı şəhər Binə kənd sakini Aqşin Fərəcovun evinə, məhərrəmliklə əlaqədar olaraq evinin divarına "Ya Hüseyn" şüarı yazıldığı və dini şüar olan bayraq asıldığı üçün polislər tərəfindən evinə basqın edilib. Hazırda evdə olan Aqşin Fərəcovun Həyat yoldaşı Şəhla Fərəcova, özünün və övladlarının polislər tərəfindən təhdid olunduğunu və təzyiqlərə məruz qaldığını bildirir.
Ailə bayrağın sökülməməsi və şüarın divardan silinməməsi üçün müqavimət göstərir.
Şəhla Fərəcova polislərə bildirib ki, əl-qolumuzu bağlayıb yazılan şüarları silsəniz də yenidən yazacağıq.
Qeyd edək ki, ailə başçısı Aqşin Cəfərov birinci qarabağ müharibəsində ayaqlarını itirib və ağır xəstədir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
✅ Bu xəbəri maksimum paylaşın və Binə sakinlərinə xəbər verin.
"İslam Dünyası Xəbərləri" https://t.me/iswnews_az/17130
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев