Onun 3
dostu vardı.Dostlarından ikisini daha çox
sevər, onlarla tez-tez görüşər,çoxlu söhbət
edərdi. Üçüncü dostu isə çox gec-gec yadına
düşərdi.Bir gün şəhərin Baş Hakimi Fanini
yanına çağırdı. Fani Hakimdən çox
qorxduğu üçün dostlarından birinin onunla
getməsini, onu tək buraxmamasını istədi. O,
əvvəlcə birinci - ən çox sevdiyi dostunun
yanına üz tutdu. Dostu üzünü turşutdu və
çox zəngin bir məclisə dəvət aldığını və buna
görə onunla gedə bilməyəcəyini söylədi.
Fani bundan sonra ikinci - ən sevdiyi
dostunun yanına getdi və ondan onunla
getməsini xahiş etdi. Dostu bir az
tərəddüddən sonra bu xahişi qəbul etdi və
onunla getdi.Məhkəmə qapısına çatanda ise
ayaq saxladı və dedi: "Bağışla, mən bundan
sonra gələ bilməyəcəm, çox qorxuram.Sən
özün tək getsən, daha yaxşı olar". Fani
əlacsız məhkəmə qapısından tək içəri daxil
oldu. Hakim onu bu günə qədər etdiyi işlərə
görə sorğuladı. Elə bu vaxt Faninin
gözləmədiyi anda üçüncü dostu onun
köməyinə gəldi və elə şeylər danışdı ki,
Hakim Faninin günahlarını bağışladı. Bu
hekayədə Fani biz insanlar, məhkəmə qapısı
məzar daşı, Hakim isə uca Allahdır. Birinci
dost bu həyatda ən çox evdiyimiz var-
dövlətimizdir ki, biz onu özümüzlə o biri
dünyaya apara bilmərik.ikinci dostumuz
yaxın qohum-əqrabımız, dost-
tanışlarımızdır.Onlar da bizimlə yalnız
məzarlığa qədər gələ bilərlər, lakin o biri
tərəfə bizimlə gedə bilməzlər.Üçüncü gec-
gec xatırladığımız dost isə o biri dünyada
bizə ən çox faydası toxunacaq olan bu Fani
dünyada etdiyiyimiz yaxsılıqlardır.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев