Muhərrəm huzn və kədər ayıdır. Dahi şairimiz Məhəmməd Fuzulinin dediyi kimi:
“Mahi-Muhərrəm oldu, məsərrət həramdır,
Matəm bu gün şəriətə bir ehtiramdır”.Məsum imamlarımız Muhərrəm ayı girəndə matəmə qərq olar, İmam Huseynə (ə) əza saxlayardılar. İmam Rza (ə) buyurub ki, Muhərrəm ayı girəndən atamın güldüyünü görən olmazdı. Ona görə də hər şeydən əvvəl Musəlmanlar bu muqəddəs ayın və onun ardınca gələn Səfər ayının ehtiramını gözləsinlər, şadlıq və şənlikdən uzaq dursunlar. Bu iki ayda toy, nişan, ad günü və şadlıq məclisləri keçirməkdən, belə məclislərdə iştirak etməkdən, şən musiqiləri dinləməkdən çəkinmək lazımdır.Muhərrəm ayının ilk doqquz gününü oruclu halda yaşamaq müstəhəbdir. Amma aşura günündə oruc tutmaq məkruhdur (bəyənilməzdir).Muhərrəm ayının ilk gününün müstəhəb əməlləriMuhərrəm ayının birinci gecəsinin 2 rukətlik mustəhəbb namazı var. Hər rukətində bir dəfə Fatihə və 11 dəfə İxlas surələri oxunur. Hz. Peyğəmbər (s) buyurub ki, hər kim bu namazı qılsa və ertəsi gün (yəni mühərrəm ayının 1-də) oruc tutsa, bütün il ərzində xeyir əməllər etmiş adam kimi sayılar və o il ərzində amanda olar. Əgər bu ilin içində ölsə belə, cənnətə gedər inşaAllah. (Əlbəttə, bu mükafat həmin ibadətləri səmimi niyyətlə, ixlasla, qaydasına uyğun şəkildə yerinə yetirən, il ərzində bu ibadəti günahla bulaşdırmayan adama aiddir). Muhərrəm ayının ilk gecəsini oyaq qalmaq (əhya saxlamaq), ibadət və dua ilə məşğul olmaq, Kərbəla faciəsi haqqında düşünmək, İmam Huseynin (ə) qatillərinə lənət demək də savabdır.Muhərrəm ayının birinci günündə oruc tutmaq mustəhəbdir. İmam Rza (ə) buyurub ki, hər kim bu gün oruc tutub Allahı çağırsa (yəni dua etsə), Allah-təala onun duasını Zəkəriyya Peyğəmbərin (ə) duası kimi mustəcab edər. Yenə İmam Rza (ə) buyurub ki, Hz. Peyğəmbər (s) Muhərrəmin birinci günündə iki rükət namaz qılar, sonra əllərini qaldırıb dua edərdi. Hz. Peyğəmbərin (s) “Allahummə əntəl-ilahul-qədim” cümləsi ilə başlayan duası “Məfatihul-cinan” kitabında bütöv verilib.Bundan əlavə, Muhərrəm ayının 3-ü də mubarək gündür. Həzrət Yusuf Peyğəmbər (ə) həmin gün zindandan azad olub. O gün oruc tutan adamın çətin işlərini Allah asan edər, qəm-qüssəsini uzaqlaşdırar və duasını yerinə yetirər.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 2