Yenə o bağ olaydı, bir sotu on beş minə Adam tapılmaz enə. Bizdə muradımızca kupçalı yer tapaydıq, Sizə qonşu olaydıq. Bir il torpağ alaydım, bir il hasar çəkəydim. Bir il hovuz tikəydim. Əkəydim ağaclardan, əncir, şanı, birdə nar, Tutsa söyüd və çinar. Ağac da insan kimi, hamsı Bakıya istər, Çoxları köksüz bitər. Yenə o bağ olaydı, gözəl keçəydi ömür, Yoldan alaydım kömür. Hardasa üç-dörd aylıq, yaxşı quzu seçəydim Və kabab bişirəydim. Sən manqalı çəkəydin,Instaqrama qoyaydın, Feysbukda paylaşaydın. Yeni status olardı, hami koment yazaydı, Laykın sayı artaydı. Arzuya bax sevgilim, tellərinnən incəmi Söylə ürəyincəmi? Yenə o bağ olaydı, vıxodnoylar gələydik Dan