Bir gün kasıb bir uşaq parkda bir kişinin əlində gözel şarlar görur. Düşünürüki görəsən istəsəm birini mənə verərmi? O, bu düşüncə ilə kişiyə yaxınlaşıb mənə bir şar verərsənmi deyir.
Kişi cavab verir pulun var?...yoxdu....onda get pulun olanda gələrsən...
Biraz keçir ki, birdən külək əsir şarlar kişinin əlindən çixib uçur və yaxınlıqdakı ağacın budağına ilişib qalır kişi nə qədər edirse nə ağaca çıxa bilir nə də şarlara əli çatır. Bu zaman gözü həmin uşağa sataşır və uşağa yaxınlaşıb deyir.
Şarları ağacdan endirə bilsən birini sənə verərəm.
Uşaq sevincək tez ağaca çıxır şarlari endirir ən gözəl şar isə ağacın əl çatmaz yerində olduğu üçün onu düşürə bilmir. Kişi şarları götürüb gedəndə uşaq deyir bəs sarlardan birini mənə verecəkdin. Kişi isə deyir ağacda qalan şar sənindi düşürə bilsen götürərsən deyib ordan uzaqlaşır.
Uşaq isə ağacın altında oturub sevincək ağacdakı şara baxır şar ondan uzaqda olsa da artıq onun da bir şari var idi.Görəsən hansı yaxşıdı? İstədiyin bir şeyin olmamasimi...Yoxsa olub senden uzaqda olmasımı ....
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2