Həzrət İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin üçün Kərbəlaya gələn zəvvarların sayı 27 milyona çatıb.
Deyerler.org-un müqəddəs İmam Hüseyn (ə) hərəminin rəsmi saytına
istinadən verdiyi xəbərə görə, hələ yekun statistika açıqlanmasa da, bu
il Ərbəin zəvvarlarının sayı xeyli artıb. Hərəm rəhbərliyi yekun
rəqəmlərin sabah Cümə namazından sonra açıqlanacağını bildirib. Belə ki,
hələ də piyada yürüşlə Kərbəlaya gələn zəvvarların yolda olduğu
bildirilir.
Bu ana qədər artıq 27 milyon zəvvar Kərbəlaya daxil olub. Onların 3
milyondan çox İrandan, böyük hissəsi İraqın müxtəlif əyalətlərindən,
habelə Yaxın Şərq ölkələrindən, Pakistan, Hindistan, Azərbaycan,
Türkiyə, Rusiya, Avropa və Amerika ölkələrindən gəlib.
Zəvvarların sayının çoxluğu ilə əlaqədar təhlükəsizlik qüvvələrinin
sayı 50 minə qədər artırılıb. Bu ana qədər Kərbəla şəhərində
təhlükəsizliklə bağlı heç bir insident baş verməyib. Yalnız Kərbəlaya
gələn Ərbəin zəvvarlarına qarşı Vasit əyalətində quraşdırılmış mina
zərərsizləşdirilib.
Deyerler.org
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев