O cavanlığını həbsxanalarda keçirmiş tanınmış bir avtoritet idi. Həmişə qalmaqallarda və dava dalaşda adı hallanırdı. Bundan əlavə son vaxtlar onun dinə meyillənməsi haqda söhbətlər gəzməkdə idi. Bir neçə dəfə İmam Hüseynin məhərrəmlik məclislərində qara köynəkdə görünmüşdü. Oğlunun dediyinə görə, onun Əhli beytə xüsusi həssaslığı var idi. İmam Hüseynin adı gələndə ağlayardı. Hər kəsin qorxub çəkindiyi şəxsin İmam Hüseyn adı gələrkən bütün əzəmətli görünüşü yoxa çıxırdı.
Əvvəllər onun İran şahı pəhləviyə məhəbbəti vardı, hətta bədənində şahin əksi həkk edilmişdi, lakin sonralar tamamilə fikirləri dəyişdi və şaha qarşı çıxdı. Bir müddət sonra şahın əmri ilə həbs edilir. İstintaq zamanı məlum olur ki,Teyyib İmam Xomeyni və digər islam alimlərinə meyillənmiş, müxtəlif yollarla onlara yardım etmişdir. Teyyibə Pəhləvi şahın istəyi çatdırılır və ondan İmam Xomeyni əleyhinə çıxmağını, tərəfdarlarına da İmam əleyhinə qalxmalarını tələb edirlər. Teyyib isə "Mən onun anası Fatimə Zəhranın üzünə baxa bilmərəm" deyib bu işdən imtina edir. İstintaq zamanı ona oğru, cinayətkar, dövlət çevrilişinə cəhd və digər ağır maddələrlə iş açılır. Yenə də İmam Xomeyniyə qarşı çıxdığı təqdirdə azad ediləcəyini deyirlər. O isə "haqqımda nə deyirsiz düzdür, qəbul edirəm, ancaq Peyğəmbər övladına, Zəhra balasına qarşı çıxmağı məndən gözləməyin". Bundan sonra haqqında edam hökmü çıxarılır və Tehran bazarlarından birinin meydanında edam edilir...
Teyyibin qardaşı oğlu deyir: "Əmim cavanlıqda çox gözü qanlı idi, dəfələrlə həbsə düşürdü. Özü idmançı idi, heç kəs onunla bacarmazdı. Onun adı gələn yerə sükut çökürdü. Ancaq sonralar tamamilə dəyişməyə başladı. Hamının nəzərində lotu, oğru və şər Teyyib sayılsa da, o çox dəyişmişdi və nəhayət şər Teyyib dönüb şəhid Teyyib oldu".
Teyyibin dostlarından olan Məhəmməd Ərus deyir:
-Camaat şah rejiminə qarşı çıxmaqda idi. Bir neçə bazar bağlanmış, camaat tətilə çıxmışdı. Bu vaxt şahın tərəfdarı olan lotular camaata əziyyət etməyə başladılar. Baş qaldıran və mitinq etməyə çalışan camaat lotular tərəfindən qorxudulurdu. Bu zaman Teyyib onlara qarşı çıxdı. Teyyibə dedim bu çox pis haldı, onlarla sənin dostluğun pozulacaq. Teyyib isə "mən namərdlərlə dostluq edə bilmərəm" deyib bütün gücü ilə onlarla mübarizə apardı və nəhayət Şahin əmri ilə həbs və edam edildi...
Teyyib edam edilmədən öncə yaxın dostu Məhəmmədə deyir:
"Ağa Məhəmməd, ola bilər ki nə vaxtsa İmam Xomeynini görsən, mənim salamımı ona çatdır və de ki, sizi çoxları yaxından görüb sevib, yaxınlarınız sizinlə ünsiyyətdə olublar, sizə aşiq olublar, ancaq Teyyib sizi görmədən də sizi çox sevirdi və Zəhra balasına xəyanət etmədiyi üçün qiyamət günü sizin şəfaətinizə ümidlidir"...
Mərhum Seyyid Musəvi İmam Xomeyni Teyyibin edam xəbərini eşidir, çox kövrəlir və deyir: "O bizim İnqilabın Hürrü idi"...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2