Necə ki, Əlbəqərə (inək) surəsinin 177 – ci aysində Allah buyurur: Üzünüzü (namaz vaxtı) günçıxana və günbatana çevirmək, heçdə yaxşı əməl deyil. Yaxşı əməl Allaha, axirət gününə, mələklərə, kitaba, peyğəmbərlərə, iman gətirməkdir.Yaxşı əməl qohumlara, yetimlərə, miskinlərə, yolda qalanlara, dilənçilərə, qulların azad olunmasına əl tutmaq, namaz qılmaq, zəkat vermək, əhdə vəfalı olmaq, çətinlik,qorxu və cihad zamanı səbrli olmaqdan ibarətdir.
Ehsanın qəbulu üçün də şərtlər mövcuddur.
Ehsandan öncə riya (Allah üçün deyil, başqasına görə vermək) niyyətinin olmamalı. Ehsandan sonra minnət, əziyyət olmamalıdır. (Əlbəqərə surəsi ayə - 264)
Ehsanı kimə edək?
1) Valideyinlərə. İnsana valideyninə ehsan və yaxşılıq etməyı tövsiyə etdik. (Ələnkəbut surəsi ayə - 8)
İmam Muhəmməd Baqir (ə) buyurub: Üç məsələ vardır ki, onlarda heç bir güzəşt və üzür qəbul olunmur.Əmanətə xəyanət, əhdə vafasızlıq, aqq valideyn.(Vəsailuş-şiə kitabı.27678 – ci hədis)
2) Kişi öz yoldaşına. İslam peyğəmbəri buyurub: Sizin ən yaxşınız öz ailəsi ilə yaxşı davrananınızdır. (Vəsailuş-şiə kitabı 25337 – ci hədis)
3) Qadın öz ərinə. İslam peyğəmbəri buyurub: Qadının cihadı, ərinə qulluqdur. (Vəsailuş-şiə kitabı 25314 – cü hədis)
4) Övladlara. İmam Əli (ə) buyurub: Övladlarınızı sevin, onlara yaxşılıq edin ki, bağışlanasınız. (Məkarimul əxlaq kitabı səhfə 115)
5) Qohumlara. Allaha ibadət edin, valideynə, yetimlərə, miskinlərə və qohumlara ehsan edin. (Ənnisa surəsi ayə - 3
6) Qonşuya və qocalara.İmam Sadiq (ə) buyurub: Allah qonşuya ehtiram edənin ömrünü uzadar, qocaya ehtiram edəni isə, qiyamət gününün qorxusundan amanda saxlar. (Usuli kafi kitabı, hədis 1978 və 3692)
7) Borc istəyənə. İmam Sadiq (ə) buyurub: Cənnətin qapısına belə yazılıb: Sədəqənin 10, borc veməyin isə 17 savabı var. (Vəsailuş-şiə kitabı 21649 – cu hədis)
8) İmdad diləyənlərə və zəiflərə. İslam peyğəmbəri buyurub: Kim müsəlmanın harayına səs verib, ona əl tutmasa müsəlman deyil. (Vəsailuş-şiə kitabı 20120 – ci hədis.
9) Aclara və susuzlara. İmam Səccad (ə) buyurub: Kim acı doydursa, Allah ona cənnət meyvələri yedirdər.
İslam peyğəmbəri buyurub: Allah yanında üstün əməl, susuzu və acı doyurmaqdır. And ola canım ixtiyarında olan Allaha, özü tox amma qonşusu ac yatan müsəlman mənə iman gətirməyib. (Vəsailuş-şiə kitabı 30589 – cu hədis)
Bu ayələr və hədislər bizi ehsan və yaxşılıq etməyə dəvət edir. Gərək bu dünyhada maadi, fiziki, mənəvi cəhətdən bir-birimizə yaxşələq edək. Çünki bugün əməl sabah isə hesab günüdür.
Ey möhsin, ey ehsan sahibi Allah, bizi ehsan etməkdən məhrum eləmə. Amin
Nə qədər ki, qiyamət olmayıb ehsan edin. (Əlbəqərə surəsi ayə - 254)
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев