Şiələr deyirlər: “Peyğəmbər və imamların həm sağlıq dövründə, həm də dünyadan köçdükdən sonra onlardan kömək istəmək və istəklər üçün onlara təvəssül etmək düzgündür”. Bu iş əvvəla, puça müraciət etmək deyildir. Şafeilərin ən böyük alimi Qəzali /59/ “Ehyaülumid-din” kitabında yazır: “Bə’zi alimlər demişlər: “Ölüm, elə həmin puç olmaq deməkdir”. Bu, Allaha və ölümdən sonrakı həyata inanmayan mülhidlərin fikridir. Lakin insan bu həyatda yuxuda olduğu kimidir. Ölən kimi ayılır. Çünki, ölərkən ilk anladığı şey, yaxşı və pis hərəkətləridir. Pis hərəkətlərini görüb, dəhşətlə həsrət çəkir”.
Demək, vəhabilərin fikri nə kitab, nə sünnə, nə də alimlərin fikri ilə üst-üstə düşmür. İslamın fikrincə ölüm, puç olmaq deyil.
/59/ - Əbu Hamid Məhəmməd ibn Məhəmməd ibn Məhəmməd Qəzali Tusi Əş’əri Şafei “Höccətül-İslam” ləqəbi ilə tanınıb, “Ehyaül-umid-din” və digər kitabların müəllifidir. O, 505-ci h. ilində Tusda vəfat etmiş və elə orada da dəfn olunmuşdur.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев