nə gözəl)))
2010-cu ildə 30 milyon dollar büdcə ilə bayraq meydanı tikdilər. Sentyabrda açılışdan sonra təmir üçün yenidən 10 milyon pul ayrıldı.
Bir sözlə 40 milyon dollar pul xərclənən bayraq meydanı 5-6 il sonra çökdü.
Artıq 2 ilə yaxındır, milyonlar xərclənən, adı "Bayraq meydanı" olan yerdə bayraq yoxdu.
Əlavə olaraq o meydanda dənizin içərisinə "Mayaq" restoranına körpü çəkdilər, ora da çökdü (indi bağlıdır o körpü)
Bayraq meydanı ətrafında hektarlarla ərazidə gedin gəzin, velosiped sürün. Bütün kafellər laxlayır və əksəriyyəti qırılıb artıq.
Təntənəli mərasimlə, lazer şouları və.s gurultulu bəh-bəhlə açılış edilən və dünyanın ən hündür bayrağı deyilən yerdə artıq bayraq yoxdu.
30-40 milyon dollara bir şəhərin, rayonun bütün infrastrukturunu sıfırdan ən yüksək səviyyədə təmir etmək olardı.
30-40 milyona1000- 2000 işçisi olan normal bir istehsal müəssisəsi qurmaq olardı.
Amma yox....bu tip mənasız görüntülərə hansı ölkələr pul xərcləyir, ən böyük məndə, ən hündür məndə hansı ölkələr deyir?
Bizdən sonra küylənib Tacikistan ən hündür bayraq meydanı tikdi, sonra Ərəbistan.
İndi dünyada hündür bayraq yarışına girən ölkələr baxın.
Birincisi yer, Səudiyyə Ərəbistanı, ikinci Tacikistan, üç biz(amma bizdə çökdü yoxdu)
Sonra Şimali Koreya, İordaniya, Qazaxıstan, BƏƏ, Malayziya, Qığızıstan və Belarus hündür bayraqla lovğalanan ölkələr sırasındadırlar.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 3