bu qədər sevmək istəyirsənsə yolda dilənçiyə kömək edən mərhəmətimi sev, yerə yıxılan bir uşağı qaldıran yardımımı sev, yaşlı qadının ağır yükünə kömək edərkən üzümdəki təbəssümü sev. küçədə uşaqlarla top dalınca qaçarkən nəfəs alış-verişimi sev.
dəniz kənarında quma batmış ayaqlarımı sev məsələn. sev parkda kitaba dalıb gedişimi.
sev pijamalı halımı, yuxulu gözlərimi, dağınıq saçlarımı.....
səninlə üzülmək belə xoşdur deyirsən, üzmə bizi... yox bu qədər üzülmək şərtsə,
bıçaq kəsən barmağıma bax üzül, avtobusumun vaxtını qaçıranda bax üzül, dırnağım qırılanda bax üzül, ən sevdiyim filmi izlərkən sönən işıqlara bax üzül, soğan acısından yaşaran gözlərimə üzül...
gözünü yolda qoymaram deyirsən... nə gözəldir sahil parkında oturub gəlişini gözləmək, səni gətirən avtobusu gözləmək, işini bitirib edəcəyin zəngi gözləmək, süfrəyə oturmaram məsələn sən gəlmədən, səhər çörək almaq üçün gedibdə gec dönüşünü gözləmək nə gözəl, gözləmək nə gözəl....
unutdum... evə çatanda zəng etməyi unutdum, özəl günlərimizi unutdum, düşünsənə işə geyinəcəyin köynəyi ütüləməyi unutdum, evə gələcək qonaqları unutdum, evə alınacaq ərzaqları unutdum, izləcəyimiz filmin vaxtını unutdum, unutdum da.....
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 7