Предыдущая публикация
Şəkildə, Yaponiyanın 1955-dən etibarən doğum qrafikini görürsünüz. Diqqət yetirsəniz, 1966-cı ildə doğumların kəskin şəkildə azaldığını görə bilərsiniz. Bunun səbəbi isə nə qədər təəccüblü səslənsə də batil inanc idi. Belə ki, Yaponiyada hər 60 ildən bir baş verən “Od atı” ilində (1966) doğulan uşaqların gələcəkdə şanssız olacağına, xüsusən qız uşaqlarının təhlükəli insanlara çevriləcəklərinə, ərlərinə pislik edəcəklərinə və hətta öldürəcəklərinə inanırdılar. Bu səbəbdən həmin il Yaponiyada yüz minlərlə qadın uşaq dünyaya gətirməkdən imtina etmişdir.#gul
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев