Allah kişiləri əhilləşdirməkçün qadınları yaratdı. Volter belə düşünürdü. Bir az kobud səslənsə də, məncə, fikirin həqiqət payı az deyil; adicə öz ətrafımıza baxsaq görəcəyik ki, gerçəkdən də qadın (bir başa, ya dolasıyla) kişini nizam-intizama salmaq, sakitləşdirmək, şəkilləndirməklə məşğuldu, üstəlik, bu onun ən sevimli məşğuliyyətidi.Bütünlükdə insan, düşünürəm ki, hətta bioloji olaraq da kişidən çox qadının əsəridi. Başqa ibarətlə desək, qadın bəşəriyyətin anasıdır, və demək qadını sağlam olan cəmiyyət xarab, qadını yolunu azmış cəmiyyət sağlam ola bilməz!Varlıqları dəyərləndirməmdə, nədənsə, həmişə zərif yaradılışlara üstünlük vermişəm, elə bilirəm ki, Tanrı zərif varlıqları yaradanda bütün diqqət və istedadını səfərbər edib, onların üzərində zərgər dəqiqliyi ilə işləyib. Elə yəqin bundandır ki, qadını daha ali yaradılış hesab edirəm, fəqət... kaş ali hədəf üçün yaradılmış bu varlıq iyrənc istiqamətlərdə istismar olunmasına imkan verməyə. Məncə, bəşəriyyətin xilası da elə məhz bundadır!"Səni görəndə bütün üzüntülərim yox olur, Fatiməcan!" Bu kimin etirafıdı, bilirsiz? Allahın aslanı, möminlərin əmiri - imam Əli ibni Əbutalibin! Necədə səmimi etirafdı, necə də kişicə (!!!) etirafdı. Hansı üzüntülərdən söhbət gedirdi? İmamın dərdi nə idi ki, Fatiməsini görəndə onların hammısı, hammısı ərşə çəkilirdi? Bu haqda susuram, elə imamım özü kimi. Əsas olansa budur: həzrəti imam, əsədüllah, fatihi-xeybər... xanımına belə zərif etiraflar etməkdən çəkinmirdi, bunu ayıb saymırdı. Elə isə, bəs hardan yarandı müsəlman dünyasındakı, qadınına etiraf etməyi, xoş söz deməyi nakişilik sayan "ciddi" kişi obrazı? Onlar imam Əlidən dahamı ciddidilər? Bəs hardan peyda oldu xanımından danışanda günahından danışırmış kimi sıxıla-sıxıla "üzr istəyirəm" deyən kişi tipi?! Düzü, mən bilmirəm.Neçə ildi imamın o sözünün təsirindəydim, sonra başqa bir məhv edən söz də oxudum, lakin bu dəfə - deyən Fatimə, dinləyən - Əli idi. Xanım (ə) xəstədi, ölüm yatağındadı, narahatdı, nigarandı, gözlərini yummadan, bütün qüvvəsini toplayıb həmdəmindən son ricasını edir:Əli, məni unutma!
İ.K
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев