Çünki verginin və vergi verənlərin xeyrində başqalarının dinclik və rahatlığı var. Başqalarının dinclik və rahatlığı ancaq vergi verənlərin vasitəsi ilə təmin olunur. Çünki camaatın hamısı verginin və vergi verənlərin çörəkyeyənləridir. (Buna görə də əgər vergi və vergi verənlərin işləri düz olsa camaat rahatlıq və asayişdə olar. Amma bu məsələyə etina etməsən hamı çətinliyə düşər.) Sən vergi almaqdan çox (vergi alınan) yerlərin abadlığına diqqət yetirməlisən. Çünki vergi ancaq abadlıqla əldə edilir. Abadlıq yaratmadan vergi tələb edən kəs şəhərlərinin viranlığına və bəndələrin məhvinə başlayıb və onun işi ancaq qısa müddət davam edər. (Hz. Əlinin Malik Əştəri Misirə vali təyin edərkən tapşırıqlarından)
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев