Öncə onu qeyd edək ki, Viktor Ernlə bağlı ilk maraqlı fakt onun 1907-ci ildə Azərbaycanda, Gədəbəy rayonunda doğulmasıdır. Viktor 1935-ci ilin iyulunda ilk dəniz zabiti kimi sualtı donanmaya köçürülür. 1936-cı ilin yanvarından 1937-ci ilə kimi U-14 sualtı qayığının komandiri olmuş Viktor 1936-cı ildə İspaniya sahillərindəki hərbi əməliyyatlarda uğurla iştirak edir. Onun bu xidmətləri və hərbi uğurları Almaniya donanmasını və Hitlerin diqqətindən yayınmır. Belə ki, Viktor Ern 1940-cı ilin 21 oktyabrında “Dəmir xaç” ordeni ilə təltif edilir. Bundan 5 gün sonra yenidən 1-ci zabit kimi admiral Dyönisin qərargahına qaytarılır. Sonrakı illərdə Aralıq dənizindəki sualtı qayıqların koordinasıyasına rəhbərliyi həyata keçirən Hitlerin sevimli donanma zabiti 1942-ci ilin iyulunda Şimali Afrikadakı ezamiyyəti zamanı ağır yaralanaraq Britaniya hərbçilərinə əsir düşür. Yaralı Viktor sağaldıqdan sonra Misirdəki hərbi düşərgəyə göndərilir. 1943-cü ildə isə hərbi əsir kimi dəyişdirilərək Almaniyaya gətirilir.Viktor Ern bu günə kimi batırdığı gəmilərin sayına görə dünyada rekord göstərici əldə edib. Onun həyatı barəsində bir neçə bədii film və 5 sənədli film ekranlaşdırılıb. Qeyri-rəsmi məlumatlara görə, Viktor doğulduğu Gədəbəyi unutmayaraq, bir neçə dəfə rayona səfər edib.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 9
Он убивал наших отцов и дедушек.
Одно могу сказать,
Қор ба қор олсун.
Ğor ba ğor olsun.
Вы хотите чтоб наших тоже считали как хайа Гарегина Нжде, калоборантом?
Я его хвалит не могу и не буду.
Қор ба қор олсун белә йерлиләр.
Беләләри мәним ики әмими өлдүрүб, анамын дайысыны әлил едиб.
Сиз инди мним фикрими дәйишә билмәзсиниз.