8 insan deməkdi, 8 can deməkdi, 8 ayrı yerdə 8
ailənin ümidi deməkdi. 8 ananın gözünün işığı,
ağı-qarası deməkdi. 8 atanın gözünü dikdiyi
nöqtə deməkdi. 8 valideynin 8 ayrı telefon zəngi
ilə həyatının məhv olması deməkdi. 8 valideynin bir daha sevinc dolu gözlərlə "Oğlum mənin!"
deyərək övladını qucaqlaya bilməməsi deməkdi.
8 gələcək ailə başçısının ailə qurmadan həyata
gözünü yumması deməkdi. Artıq yoxdur o 8
gənc. 8 ayrı silahdan açılan atəş nəticəsində
məhv olmuşdur o 8 igidin həyatı. Artıq o 8 igidin cənazəsi 8 tabutla 8 ayrı yerdə torpağa
tapşırılacaq. Amma 9 milyonun yaddaşında o 8
igidin adı qan yaddaşı olaraq qalacaq. Çünki ,
igid ölər adı qalar. Allah rəhmət eləsin.
Başın sağ olsun Azərbaycan !
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1
BiG.Az xəbər verir ki, APA-nın məlumatına görə, düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:
- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu
- Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov
- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov
- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov
- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov
- Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov
- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov
- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.