Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının yeni rəhbəri təyin edilən Soner Oruçoğluya həm də Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsi həvalə edilib. General-leytenant Soner Oruçoğlu müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib. Bir müddət əvvəl sözügedən vəzifəni icra edən Bəxtiyar Ersay Türkiyə Prezidentinin sərəncamı ilə Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. O, yeni təyinatı ilə əlaqədar Bakıdakı vəzifəsindən azad edilib. Soner Oruçoğlu ötən ilədək Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşesi olub. Türkiyənin Quru Qoşunlarında xidmət edən Oruçoğluya avqust ayında general-leytenant rütbəsi verilib.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев