bu barədə “Sputnik-Armeniya“ya istinadən xəbər verir. N.Paşinyan deyib ki, Tavuşda ərazilərin güzəştə gedildiyi barədə ittihamları qəbuledilməz və məntiqsiz hesab edir, çünki mövcud dövlət sərhədi de-yure bərpa olunur: “Bunu uğur hesab edərdim, çünki Ermənistan tarixində ilk dəfə danışıqlar yolu ilə sərhədi formalaşdırır, suverenliyin, dövlətçiliyin və gələcək inkişafın əsasını qoyur”. Onun sözlərinə görə, Ermənistan 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə çevrildiyini bir daha təsdiqləyib: “1991-ci ildə Ermənistan və Azərbaycan SSR arasında de-yure sərhədlər mövcud idi. Biz de-yure bu sərhədin bütün əsaslarını qaldırdıq, yoxladıq və sərhədin torpaq üzərindəki yerini müəyyən etdik”. Baş nazir bildirib ki, hökumətin hazırkı qərarları hüquqi cəhətdən, o cümlədən dövlət qurumları tərəfindən əsaslandırılıb.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев