olmasına baxmayaraq, həm də
çox həssasdır. Bu zodiak işarəsi
emosiyalarına nəzarət edə
bilmir, onların qəlbini
yaralamaq çox asandır.
Həssaslıq Qoçları bəzən ağılsız
hərəkət etməyə sövq edir və bu
da onları müşkül vəziyyətı salır.
Tərəzi - Bu bürcün
nümayəndələri əslində,
göründüyü kimi zəif deyil,
amma onların işlərini sona
qədər çatdırmamaq kimi pis
vərdişləri var. Onlar həvəs və
arzularından, eyni zamanda
məqsədlərindən çox tez vaz
keçirlər.
Əkizlər - Bu bürcün
nümayəndələri fikrini bir işdə
cəmləşdirə bilmədiyi üçün tez-
tez kənar dəstəyə ehtiyac
duyur. Əkizlər problemlə
üzləşəndə dərhal təşvişə düşür
və digər insanlardan yardım
istəyirlər.
Şir - İlk baxışda bu bürcün
nümayəndələri güclü və əzmkar
görünür. Amma onların
əksəriyyəti ətraf mühitin
fikrindən asılı vəziyyətdədir.
Şirlərin daim tərifə və
dəstəklənməyə ehtiyacı var.
Əgər bu olmasa, onlar özlərini
asa bilər.
Xərçəng - Xərçənglər ən həssas
bürcdür. Bu zodiak işarəsi çox
tez özlərinə qapılır. Onlar daim
mənəvi dəstəyə və yardıma
ehtiyac duyur. Əgər onların
yanında heç kim olmasa,
Xərçənglər bunu uğursuzluq
əlaməti kimi qəbul edəcək və
depressiyaya düşəcəklər.
Oxatan - Bu zodiak işarələrinin
nümayəndələri heç vaxt ruhdan
düşmür və istənilən şəraitdə xoş
əhval-ruhiyyəni qorumağa
çalışırlar. Onlar emosiyalarını
nəzarətdə saxlamağı bacarır,
təxribatlara uymur və həmişə öz
fikirləri ilə hərəkət edirlər.
Onların gücü nikbinlik və geniş
düşüncəli olmalarındadır.
Oğlaq - O, israrlı, qətiyyətli və
özünəinamlıdır. Bu bürcün
xətrinə dəymək çətindir. Hətta
hər şey pis olsa belə, o, kiçik və
ləng addımlarla hədəfə doğru
gedəcək. Onları fikrindən
daşındırmaq mümkün deyil.
Qız - Qız bürcü mənəvi gücünə
görə ikinci yerdədir. Onlar
adətən güclü insan təsiri
bağışlayır, lakin bəzən dünyanı
olduğu kimi qəbul edə bilmir və
bu zaman hər şeyi öz axarına
buraxır…
Əqrəb - Uzun müddət bütün
emosiyalarını hamıdan
məharətlə gizlədə bilər. Lakin
ürəyində saxladığı problemlər
onları daxildən yeyib-bitirəcək,
dolayısı ilə onları daha zəif və
gücsüz edəcək.
Dolça - Xəyalpərəstliyə meylli
olmasına və yüksək ideallara
can atmasına baxmayaraq, bu
zodiak işarəsi həyatda istənilən
çətinliklərə tab gətirməyə
qadirdir.
Balıq - Fədakar Balıqlar bütün
çətinliklərə uzun müddət dözə
və ümidini itirmədən hər şeyin
düzələcəyini gözləyə bilərlər.
Bu cür düşünmək Balıqlara öz
xoşbəxtliyi uğrunda sona qədər
mübarizə aparmaqda kömək
edir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев